Salyanda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin hərb tariximizdəki müstəsna xidmətlərindən söhbət açılıb

Salyanda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin hərb tariximizdəki müstəsna xidmətlərindən söhbət açılıb
12:08 11 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Salyan, 11 dekabr, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görkəmli hərbçi Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar Salyandakı Qulu Əsgərov adına incəsənət məktəbində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, yubiley mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, “N” hərbi hissənin əsgər və zabitləri də iştirak edib.
Tədbirdə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin hərb tariximizdəki müstəsna xidmətlərindən, bacarıqlı sərkərdə kimi keçdiyi şərəfli döyüş yolundan söz açılıb. Qeyd olunub ki, ilk müstəqillik dövründə silahlı qüvvələrimizin yaradılmasında yaxından iştirak edən Cəmşid Naxçıvanski Gəncədə, Göyçay ətrafında, Kürdəmirdə, eləcə də Bakıda daşnak-bolşevik birləşmələrinə qarşı mübarizədə vətənpərvərlik borcunu layiqincə yerinə yetirib. Diqqətə çatdırılıb ki, sovet hakimiyyətinin ilk illərində də Azərbaycanın gələcəyi daim onu düşündürüb və bu istiqamətdə misilsiz xidmətlər göstərib.
Tədbir incəsənət məktəbinin şagirdlərinin ifasında səsləndirilən vətənpərvərlik mahnıları ilə başa çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Salyanda_gorkemli_serkerde_Cemsid_Naxchivanskinin_herb_tariximizdeki_mustesna_xidmetlerinden_sohbet_achilib-910298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR