Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Anderlext"in baş məşqçisi "Qarabağ"la oyundan danışdı

"Anderlext"in baş məşqçisi "Qarabağ"la oyundan danışdı

Date: 11 December 2015 12:12

"Qarabağ" üzərində qələbə ilə komandada özünəinamın yüksəldiyini düşünürəm". 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Anderlext"in baş məşqçisi Besnik Hasi deyib.
 
Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" üzərində 2:1 hesablı qələbə qazanan Belçika təmsilçisi ikinci yeri tutaraq, 1/16 final mərhələsinə vəsiqə qazanıb.
 
Hasi bu qələbə sayəsində futbolçuların özlərinə gəldiklərini söyləyib: "Birinci hissəni çox yaxşı keçirdik. Hesabda geri düşməyimizə baxmayaraq, soyuqqanlılığımızı qoruduq. Futbolçular istədiyim kimi çıxış etdilər: tempi yüksək səviyyədə saxladılar, kombinasiyalı hücumlar qurdular. Ümumiyyətlə, qrup mərhələsindəki çıxışımızdan razıyam. Futbolçuları tək-tək dəyərləndirmək istəmirəm. Amma Denis Praet, Yuri Tilemans, Matias Suares və Stefano Okaka "Qarabağ"la görüşü daha yüksək səviyyədə keçirdilər. Okakanın növbəti dəfə qol vurması sevindirici haldır".
 
Baş məşqçi "növbəti mərhələdə kiminlə düşmək istərdiniz?" sualına isə belə cavab verib: "Biz qrup mərhələsində olduqca güclü komandalarla qarşılaşdıq və buradan üzüağ çıxdıq. "Tottenhem" kimi nəhəng komandaya qalib gəlmişik. Deməli, indi kimlə qarşılaşmağımızın bir önəmi olmamalıdır. Rəqib hansı komanda olursa-olsun, meydana qələbə üçün çıxacağıq".
 
Qeyd edək ki, "Monako" və "Qarabağ"ın da yer aldığı J qrupunda "Tottenhem" və "Anderlext" ilk iki pilləni tutaraq, 1/16 final mərhələsinə vəsiqə qazanıblar. 

Milli.Az


Tags:  Anderlextin baş məşqçisi Qarabağla oyundan danışdı

RƏYLƏR


Top news