Qurban Qurbanov: "Biz indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib"

"Əfsuslar olsun məğlub olduq. Futbolçuların hər birinə təşəkkür edirəm. Bizim üçün çox böyük təcrübə oldu. Komandanın oyundan razı qaldım".

Metbuat.az Trend.az-a istinadən məlumat verir ki, bunu "Anderlext" - "Qarabağ" oyunundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Belə oyunlarda kiçik bir boşluq qolla nəticələnir. Gücümüz çatmadı və ya bəxtimiz gətirmədi desəm düzgün alınmaz. Biz indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib", deyə məşqçi bildirib.

Qurbanov həmçinin hesab edir ki, oyundakı mübahisəli epizodda penalti var idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR