Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağacəbrayıl Abasəliyevin solo-konserti təxirə salınıb

Ağacəbrayıl Abasəliyevin solo-konserti təxirə salınıb

Date: 11 December 2015 12:16

Tanınmış kaman ifaçısı, Azərbaycanın əməkdar artisti Ağacəbrayıl Abasəliyevin 60 illik yubileyi münasibətilə keçirilməsi planlaşdırılan solo-kosert proqramı təxirə salınıb.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a Ağacəbrayıl Abasəliyev məlumat verib.

Onun sözlərinə görə, konsertin təxirə salınmasının əsas səbəbi işlərinin çox olmasıdır:

"Dekabrın 16-da Milli Konservatoriyada solo-konsert proqramı ilə çıxış edəcəkdim. Konsertin günü və vaxtı dəqiqləşdirilmişdi. Amma işlərimin çoxluğu səbəbindən konserti gələn ilə qədər təxirə saldım. Televiziyada çəkilişlərim, Milli Konservatoriyada dərslərim çox olur. Son zamanlar yoruluram. Bu il 60 yaşım tamam oldu. Təmtəraqlı yubiley də keçirmədim. Belə şeyləri sevmirəm. Ona görə də solo-konsertimi 2016-cı ilin mart ayında keçirməyi düşünürəm. İndi ilin sonudur. İşlər çoxdur".

Tags:  Ağacəbrayıl Abasəliyevin solo-konserti təxirə salınıb

RƏYLƏR


Top news