Saçqırandan qurtulmağın yolları

Saçqırandan qurtulmağın yolları
12:17 11 Dekabr 2015
126 Maraqlı
Ölkə mətbuatı
A- A+

Xanımların əksəriyyəti haçalanmış, süpürgəyə bənzər saç ucları problemindən əziyyət çəkir. Saçlara saçqıran düşməsi nəticəsində bir çox xanımlar uzun, düz saçları ilə vidalaşmalı olur.

Milli.Az Türkiyə mətbuatına istinadən saçqırandan qurtulmaq üçün ekspertlərin məsləhətini təqdim edir:

Saç diblərinin vəziyyəti
Başın hər gün şampunla yuyulması sonda saçın qurumasına səbəb olur. Saç dibinin vəziyyəti saçların parlaq çıxmasına kömək edir.

Saçı açıq havada qurudun
Saçın fenlə yüksək istilikdə qurudulması tez qurumasına kömək olsa da, uclarını korlayır. Saçı fenlə qurudarkən aşağı temperatura qoyun və feni çox yaxından tutmayın. Ən yaxşısı, saçın təbii halda qurudulmasıdır.

Zeytun yağı sizin ən yaxşı dostunuzdur
Zeytun yağı saç diblərini qidalandırır, saçı quruluqdan xilas edir. Zeytun yağını  hind qozu və küncüt yağı ilə qarışdırıb istifadə edə bilərsiz.

Saç yaşkən daramayın
Saç quru ikən quruluşu fərqli olur. Saçın yaş ikən daranması onu qırılmağa meylli edir.

Saç üçün sərt kimyəvi məhsullar istifadə etməyin

Saç boyaları, saç düzləşdirən və digər kimyəvi tərkibli məhsullar saçın kövrək olmasına səbəb olur. Bu məhsullardan müntəzəm olaraq, tez-tez istifadə etmək saçın quruluşunu zədələyir və saç kövrək hala gəlir. Yox, əgər bu kimyəvi məhsullardan istifadə etmək istəyirsizsə, əvvəlcə saçınızı gücləndirəcək maskalar çəkin ki, kimyəvi təsirlərə tab gətirə bilsin.

Saç qalınlaşdırıcılar
Şampunların tərkibində olan saç qalınlaşdırıcı elementlər saçın diametrini artıran və saçı gücləndirən parafinlərdən ibarət olur.

Ən sonuncu həll yolu: kəsdirin
Zədələnmiş saç heç cür bərpa olunmursa, yeganə çıxış yolu kəsdirməkdur. Uzun saçınızla vidalaşdığınız üçün üzülə bilərsiz, ancaq düşünün ki, saçınız yenidən və sağlam uzanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR