Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Baş nazirin müavini: Bəzi məcburi köçkünlərə edilən xəbərdarlıq nəticəsini verib

Baş nazirin müavini: Bəzi məcburi köçkünlərə edilən xəbərdarlıq nəticəsini verib

Azərbaycan ilə Ukrayna arasında birgə istehsal (21 Mart 2017 21:07)
"Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" sərəncama dəyişiklik (16 Mart 2017 18:05)
Prezident məcburi köçkünlərlə bağlı iki sərəncam imzaladı (16 Mart 2017 18:04)

Tarix: 11 Dekabr 2015 12:23

Bakı. Elçin Mehdiyev - Trend:

Bəzi məcburi köçkünlərə onlara dövlət tərəfindən verilmiş mənzillərin tərk edilməsi və orada yaşayışın təmin edilməsi ilə bağlı edilən xəbərdarlıq artıq öz nəticəsini verib. Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, bəzi məcburi köçkünlər mənzilləri təhvil verib, mənzilləri təhvil verməyənlər barədə isə müvafiq icra hakimiyyətlərinə müraciət etmişik: "Həmin məcburi köçkünlərin müvəqqəti yemək xərcləri və kommunal xidmətləri mənzilləri təhvil verənə və ya orada yaşayış təmin edilənə qədər dayandırılıb. Əgər onlar mənzilləri təhvil verməsə və ya tərk etməsələr, bu barədə başqa tədbirlər görüləcək".

Ə.Həsənov qeyd edib ki, bu mənzillərin sayı o qədər də çox deyil, 47 min mənzilin içərisində cəmi 150 belə mənzil var.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Baş nazirin müavini Bəzi məcburi köçkünlərə edilən xəbərdarlıq nəticəsini verib



RƏYLƏR


Top xəbərlər