Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada türk iş adamının kafesi bağlandı (FOTO)

Rusiyada türk iş adamının kafesi bağlandı (FOTO)

Date: 11 December 2015 12:26

Rusiyanın Çelyabinsk vilayətində türkiyəli iş adamına məxsus "Antalya" adlı kafe məhkəmənin qərarı ilə 60 gün müddətinə fəaliyyətini dayandırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə vilayət məhkəməsinin məsləhətçisi Natalya Proxorova xəbər verib.

Kafenin bağlamasına səbəb isə türk iş adamının vəzifəsindən azad etdiyi işçisi barədə vilayətin miqrasiya idarəsinə məlumat verməməsi olub. Rusiya qanunlarına görə, miqrantlar işdən çıxarılarkən rəhbərlik miqrasiya təşkilatına 3 gün müddətinə məlumat verməli idi. Amma kafe sahibi dövlət orqanına bu barədə məlumat verməyib.

Belə bir fakt kafedə yoxlamalar aparılan zaman ortaya çıxıb. Məlum olub ki, kafe işçisi işində buraxdığı nöqsanlara görə vəzifəsindən azad olunub. İnzibati işinin materialları məhkəməyə göndərilib. Kafedə başqa pozuntular aşkar edilməyib.


Türkiyəli iş adamına məxsus "Antalya" kafesi


Natalya Proxorova bildirib ki, qərar dərhal icra olunmalıdır. Kafe sahibi qərardan 10 gün müddətində şikayət verə bilər.

Bundan əvvəl Sankt-Peterburqda yaşayan azərbaycanlı kafesinin adını dəyişərək, "Antalya"-nı "Natalya" ilə əvəz edib.


"Antalya" kafesinin bağlanması ilə bağlı elan


Cavadov bildirib ki, Rusiya və Türkiyə arasında yaranan gərginlikdən sonra kafenin adının dəyişdirilməsi ilə bağlı heç kim xüsusi göstəriş verməyib. Vitali deyir ki, bir gün özü nərdivana çıxaraq, iki hərfin - A və N-nın yerlərini dəyişir. Onun sözlərinə görə, etdiyi bu jest kafeyə üz tutanlara da xoş gəlib.


"Antalya" kafesinin bağlandığı Çelyabinsk vilayəti

Cavadov Antalyanı Natalyaya dəyişdi

Tags:  Rusiyada türk adamının kafesi bağlandı FOTO


RƏYLƏR


Top news