Qaz vurub qazan doldurmaq olar

Qaz vurub qazan doldurmaq olar
12:27 11 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə ilə Rusiyanın münasibətlərinin pisləşməsi bütün regiona, habelə Cənubi Qafqaza pis təsir edir. Belə situasiyada Azərbaycanın hansısa siyasi və ya iqtisadi dividendlər əldə etməsinə can atdığını iddia etməyin özü belə, absurddur. Lakin hadisələr bizdən asılı olmayaraq inkişaf edir, olaylara çox ciddi təsir imkanlarına malik deyil - nə Türkiyə, nə də Rusiya ikitərəfli qarşıdurmadan geri çəkilənə oxşayırlar - və belədirsə, nə üçün hadisələrin önündə olmaq əvəzinə, farvaterində qalmalıyıq ki?
Rəsmi Bakı Ankara-Moskva münasibətlərinin bundan sonra da gərginləşməsinin qarşısını almaq üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib.

Bəyanat eşidilib, amma tərəflər hələlik cavab verməyiblər.
Üstəlik, Rusiyadan Türkiyəyə təbii qaz nəqli marşrutlarında da "tıxac"ların yaranacağı deyilir. Hər halda Rusiya təbii qazını Avropa Birliyinə çıxaran "Mavi axın" layihəsi çərçivəsində yeni anlaşmalar imzalamaq, ən başlıcası isə mövcud anlaşılmazlıqları və tarif mübahisələrini aradan qaldırmaq niyyətində olmadığını bəyan edib.
Ankara da "Mavi axın"la yanaşı, "Türk axını" layihəsindən hətta tam imtina edə biləcəyini istisna etməyib.
Situasiya gərginləşdiyindən Türkiyənin Rusiyaya alternativ axtarışlarında Azərbaycan və Türkmənistan ön plana çıxırlar.

İran səhvini anladı

Rusiyanın Yaxın Şərqdə "etibarlı müttəfiq" adlandırdığı Tehran son vaxtlar Moskva və Ankara arasında münasibətlərin pisləşməsindən bəhrələnməyə çalışır. Münaqişədə birmənalı olaraq Moskvanın tərəfini tutduğunu göstərməyə çalışan İranın, təbii ki, öz maraqları var.
Həmin maraqlar arasında Suriya prezidenti Bəşər Əsədin nəyin bahasına olursa-olsun, hakimiyyətdə saxlanması ön planda durur. Çünki Əsəd rejimi çökərsə, İranın bölgədəki geosiyasi planlarına və onillərdən bəri qurduğu siyasi konstruksiyalara dağıdıcı zərbə dəyəcək, Livandakı "Hizbullah" və s. qruplaşmaların maliyyələşdirilib dəstəklənməsi çətinləşəcək, üstəlik Səudiyyə Ərəbistanı ilə geosiyasi qarşılaşmada İran uduzacaq.
ABŞ və Avropa Birliyinin Yaxın Şərqdə mövqelərini gücləndirməsinə qarşı çıxan İran təsir vasitəsi kimi Rusiyanın dəstəyindən yararlanmağa çalışır. Eyni zamanda, Qərbin tətbiq etdiyi embarqo və sanksiyaların götürülməsindən sonra İran Avropa Birliyinə böyük miqdarda təbii qaz satmaq niyyətindədir.
Tehranın Ankara ilə münasibətlərindəki dəyişikliklər əsasən bu səbəblərlə bağlıdır.

Həftənin əvvəllərində "qışın yaratdığı çətin situasiyanı" səbəb göstərən Tehran Türkiyəyə nəql etdiyi təbii qazın həcmini 50 faiz azaltmışdı. 
Rəsmi Ankara bu addımı, təbii ki, "dostluq jesti" saymayıb və bildirib ki, İran təbii qaz təminatında imzaladığı müqavilələrin şərtlərinə, anlaşmaların tələblərinə əməl etməzsə, "Ankara təbii qaz təminatında problemlərin yaranmaması üçün alternativlər aramalı olacaq".
Rəsmi Tehran belə demarşdan narahat olub və geriyə addım atıb.
İranın Ankaradakı səfirliyi dünən bəyanat yayaraq bildirib: "Türkiyəyə təbii qaz ixracı məsələsində İran öhdəliklərinə tam sadiqdir və imzaladığı müqavilələrə riayət edir. Yaranmış problemin ən qısa müddətdə aradan qaldırılacağını düşünürük".
Səfirliyin açıqlaması Moskvanın Ankaraya qarşı "qaz dəyənəyi"ndən istifadə etməsi müstəvisində hazırladığı təzyiqlərdən birinin alınmaması deməkdir.

Rus qazından maye qaza

Təbii qaz təminatı məsələsində Rusiyadan asılılığa yol verməmək üçün Türkiyə  yeni strategiyanı həyata keçirməyə başlayıb.
Rəsmi Ankaranın kuluarlarında "B Planı" adlandırılan bu strategiya Azərbaycan, Qətər və Türkmənistandan təbii qaz alışlarının artırılmasını nəzərdə tutub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Qətərə rəsmi səfərə yollanaraq bu ölkədən maye qaz (LNG) alınması ilə bağlı anlaşma imzalayıb. Dohada əldə edilmiş razılaşmaya görə, Türkiyə Qətərdən aldığı LNG-nin illik həcmini yaxın dövrlərdə ən azı 3 dəfə artıracaq. Türkiyə ərazisində maye qaz terminalları və paylama şəbəkəsinin "giriş nöqtə"ləri olacaq habların inşası da nəzərdə tutulub.

LNG terminallarının və habların inşası böyük vəsait tələb edir. Rusiyadan alınan qaz əvəzinə maye qazın sistemləşdirilmiş şəkildə paylaşdırılması və istehlakı ilkin dövrlərdə böyük xərclərə səbəb olacaqsa da, Türkiyə üçün bu, geosiyasi təzyiqdən qurtulmaq imkanı olduğundan Ankara gərəkli vəsaiti sərf etməkdən çəkinmir. 
Hazırda Türkiyənin malik olduğu 2 LNG terminalının toplam həcmi ildə 12 milyard kubmetrdir. Türkiyə isə LNG idxalının illik həcmini ən azı 5 milyard kubmetr artırmaqda qətiyyətlidir.
2013-cü ildə BOTAŞ-ın Sarosda inşa etməyi planlaşdırdığı, 5-6 milyard kubmetrlik yeni LNG terminalının inşasına başlanması, habelə İsgəndərunda yeni terminalın tikintisinin layihələndirilməsi də bəhs etdiyimiz istiqamətdəki işlərdir.
Türkiyə terminalların inşası zamanı maye qazın idxalında sürətlənməyə nail olmaq üçün üzən FRU maye qaz terminalı da almaq fikrindədir.
Rusiyanın iddialarına rəğmən, Türkiyənin satın alacağı maye qaz Ankaranın hazırda "Qazprom"dan aldığı "mavi yanacaq"la müqayisədə o qədər də baha deyil. Daha dəqiq olsaq, LNG-nin hər 1000 kubmetri Türkiyəyə təqribən 260 dollara başa gələcək. Türkiyə hazırda "Qazprom"dan aldığı təbii qazın hər 1000 kubmetrinə 250 dollar ödəyir.

TAP və TANAP

Bundan başqa, Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq TAP və TANAP layihələri çərçivəsində Türkiyə öz payına düşən "mavi yanacağın" həcmini artırmağı da düşünür.
Ankara ilə Bakı arasında son günlərdə aparılan intensiv danışıqların əsas mövzusu da budur.
TAP və TANAP-la Azərbaycan Avropaya ildə 16 milyard kubmetr təbii qaz ixracını planlaşdırıb ki, həmin qazın 6 milyardı Türkiyədə qala bilər.
Ankaranın Türkmənistanla təmasları da aktivləşib və Aşqabadın Azərbaycandan keçməklə Türkiyəyə uzanacaq marşrutlar vasitəsilə Ankaraya təbii qaz satması layihələri müzakirə olunur.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıda olarkən TANAP marşrutunda qaz boru kəmərinin inşasının maksimal dərəcədə sürətləndirilməsi ilə bağlı razılaşma əldə olunub.
Marşrutu vaxtından əvvəl, 2018-ci ildə istifadəyə vermək planlaşdırılıb.

Asılılıqdan qurtulmalı...

Türkiyə təbii qaza olan tələbatını idxal hesabına ödəyir. Ölkənin "mavi yanacağa" olan tələbatının 56 faizini Rusiyanın "Qazprom" şirkəti (ildə 27,4 milyard kubmetr) ödəyir. Azərbaycan Türkiyəyə ildə 5,3 milyard kubmetr, İran isə 8,9 milyard kubmetr qaz satır. Ankaranın aldığı maye qazın illik həcmi isə 6,9 milyard kubmetrdir.
Ölkədə sadəcə bir yeraltı qaz anbarı olduğundan idxal olunan qazın izafi həcmləri istehlakın pik həddə çatdığı zamanlar yaranan problemin aradan qaldırılmasına sərf olunur.
Türkiyədə təbii  qaza tələbat ildə 3 faiz artır. 
Ən nəhayət, Rusiya üçün Almaniyadan sonra Türkiyə ikinci qaz alıcısıdır.

"İraq Kürdüstanının qazı" gerçək yox, blefdir

Türkiyədə siyasətçilər "Rusiyadan qaz almayacağıq, İraq Kürdüstanı ilə anlaşacağıq" deyirlər. Yəni İraqın şimalındakı Kürdüstan Muxtariyyətindən təbii qaz alınacağı, hətta bununla bağlı razılaşmanın olduğu da deyilir.
Söylənənlərə inansaq, İraqın şimalından Türkiyəyə "kürd qazı"nın nəql ediləcəyi zamana çox qalmayıb.
Bu realdırmı?

Yox, blefdir.
İraqın şimalından indi Türkiyənin Ceyhan limanındakı terminala xam neft və təbii  qaz ötürülür. Hər şey anlaşmalar əsasındadır, rəsmidir, razılaşdırılmış şərtlərə görədir. Nəql həcmlərini qəflətən, sürətlə artırmaq isə investisiya riskidir.
İndi belə riskə gedəcək neft-qaz şirkəti varmı?! Yox və bunu kimsə etməyəcəyindən populist ritorikaya qapılanlara, "Vurrey!" deyənlərə inanmaq gərək deyil. 
Deyilənlər, sadəcə, populist ritorikadır. 
Məhz bu səbəbdən də təbii qaz təminatı problematikasının həllində Türkiyə üçün Azərbaycan artıq müstəsna önəm kəsb edir.

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yaponiyanın müdafiə naziri istefa verdi

28 İyul 2017 06:47

Məkkə ətrafında ballistik raket vuruldu

28 İyul 2017 06:44

Министр обороны Японии уйдет в отставку

28 İyul 2017 06:32

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var

28 İyul 2017 06:32

Körfəz sahilində villa - FOTO

28 İyul 2017 06:32

Ən xeyirli yay meyvələri

28 İyul 2017 06:18

Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib

28 İyul 2017 06:02

Bakıdan İstanbula uçuşlar ləğv edilib?

28 İyul 2017 05:56

Bakıda 7 mağaza yandı

28 İyul 2017 05:54

Leonardo çoxlu qızla əylənərkən

28 İyul 2017 05:49

Məşhur filmlərin ruhunda masalar - FOTO

28 İyul 2017 05:32

Meyvəli ticarət mərkəzində gənc oğlan bıçaqlanıb

28 İyul 2017 05:27

Bakıda sərxoş piyadanı yük avtomobili vurdu - FOTOLAR

28 İyul 2017 05:23

Yaponların ömrünün uzunluğu rekord həddə çatıb

28 İyul 2017 05:19

İstanbula düşən dolu 10 nəfəri xəstəxanalıq etdi

28 İyul 2017 05:09

Azərbaycan neftinin SON QİYMƏTİ

28 İyul 2017 04:39

Balerinalar şəhərdə - FOTO

28 İyul 2017 04:32

İğtişaşlar törədən 58 nəfərə ömürlük həbs verildi

28 İyul 2017 04:28

Qüdsdə toqquşmalar: azı 120 yaralı

28 İyul 2017 04:14

"Vəziyyəti düzəltmək şansımız var" - Roman Qriqorçuk

28 İyul 2017 03:57

Bill Qeyts artıq dünyanın ən varlı adamı deyil

28 İyul 2017 03:42

ABŞ Senatı Rusiya əleyhinə sanksiyaları təsdiqlədi

28 İyul 2017 03:39

Terrorçular 50-dən çox neftçini öldürdü

28 İyul 2017 03:34

Yayda dəriyə QULLUQ QAYDALARI

28 İyul 2017 03:33

İstənilən ağac üçün pilləkən - FOTO

28 İyul 2017 03:32

Nigeriyada Boko Haram terrorçuları 50 nəfəri öldürüb

28 İyul 2017 03:07

Böyrəyindən 50 parça daş çıxdı

28 İyul 2017 03:00

Azərbaycan Pakistandan 10 təlim-məşq təyyarəsi alıb

28 İyul 2017 02:39

Yeni kolleksiya - FOTOSESSİYA

28 İyul 2017 02:32

"Ərimin qayğısından bezdim"

28 İyul 2017 02:30

Trampın Yaxın Şərq üzrə baş müşaviri də getdi

28 İyul 2017 02:29

"Panatinaikos"un baş məşqçisi: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq

28 İyul 2017 02:17

Avropa Liqası: "Fənərbağça", "Milan", "Everton", "Marsel" qələbəylə başladı - BÜTÜN NƏTİCƏLƏR

28 İyul 2017 02:03

İstanbula şiddətli dolu düşüb

28 İyul 2017 02:00

"Qəbələ"nin baş məşqçisi: "İstədiyimiz, oynaya biləcəyimiz səviyyədə çıxış etmədik"

28 İyul 2017 01:52

Bakıda sərxoş piyadanı yük avtomobili vurub

28 İyul 2017 01:47

Venesuela prezidenti müxalifətə danışıqlara başlamağı təklif edib

28 İyul 2017 01:42

İfaçı özündən 40 yaş kiçik qızla evlənib

28 İyul 2017 01:39

Məşhur müğənni jurnalisti maşınla vurub

28 İyul 2017 01:37

Qazaxda yeniyetmə dondurmadan zəhərləndi

28 İyul 2017 01:33

Ən böyük anbar kompleksi - FOTO

28 İyul 2017 01:32

İphone 6 plus hansı ölkədə neçəyə satılır?

28 İyul 2017 01:12

“Jara”-nın ilk günündə möhtəşəm konsert baş tutdu

28 İyul 2017 01:09

Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib

28 İyul 2017 01:02

Avropa Liqası: "Qəbələ" "Panatinaikos"la ilk görüşdə uduzub

28 İyul 2017 00:57

Canlı yayımda biyabırçılıq

28 İyul 2017 00:45

Avropa Liqası: “Qəbələ”dən minimalhesablı məğlubiyyət

28 İyul 2017 00:44

Kürdəxanıda arvad ərini bıçaqladı

28 İyul 2017 00:29

Qüdsdə toqquşmalar: 50 yaralı

28 İyul 2017 00:28

Dondurmadan zəhərlənmə

28 İyul 2017 00:24