Paytaxtın bədən tərbiyəsi və idman təşkilatlarından statistik hesabatların toplanması ilə bağlı iclas keçirilib

Paytaxtın bədən tərbiyəsi və idman təşkilatlarından statistik hesabatların toplanması ilə bağlı iclas keçirilib
12:28 11 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) konfrans zalında 2015-ci ilin yekunlarına görə paytaxtın bədən tərbiyəsi və idman təşkilatlarından statistik hesabatların toplanması ilə əlaqədar iclas keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, iclasda Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Baş İdarənin rəis müavini Rəşad Əliyev, Baş İdarənin əməkdaşlarından ibarət işçi qrupun üzvləri, həmçinin rayon Gənclər və idman idarələrinin məsul əməkdaşları iştirak ediblər.
İclasda paytaxtda fəaliyyət göstərən bütün bədən tərbiyəsi və idmanyönümlü təşkilatların müvafiq rayonlar üzrə statistik hesabatlarının toplanaraq vaxtında təqdim edilməsinin vacibliyi vurğulanıb, həmçinin 2015-ci ildə istifadəyə verilmiş idman qurğularının hesabatda öz əksini tapması qeyd olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxtin_beden_terbiyesi_ve_idman_teskilatlarindan_statistik_hesabatlarin_toplanmasi_ile_bagli_iclas_kechirilib-910307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR