Məşhur aparıcıların efirdəki səhvləri - FOTOfaktlarla

Məşhur aparıcıların efirdəki səhvləri - FOTOfaktlarla
12:32 11 Dekabr 2015
1406 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Teleradio Şurasında ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçirilir.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər ki, hesabatda ədəbi dil qaydalarını pozan aparıcıların siyahısı təqdim olunub.

"Öz aramızda"nın aparıcısı Zaur Baxşəliyev 29.05.2015 tarixindəki verilişdə ədəbi dil qaydalarını pozur:

"Bu studiyaya müraciət edənlərin böyük (böyüx) əksəriyyəti etinasızlıqdan, diqqətsizlikdən, Qasım müəllim, siz təsəvvür eləyin, siz özünüz nə qədər seyr eləmisiz ki, studiyamıza gələn insanlar olur ki, hansı ki, eşitmə qüsurlu nə qədər insanlar var".

""Öz aramızda" - Zaur Baxşəliyev - 29.05.2015 (saat 18:45:17) - Biz davam eliyirik (eliyirix)".

"Qadına görə" - Vüsalə Əlizadə - 16.10.2015-12:11:43 - Səhər tezdən evdən çıxır, ta sübdənnən (sübhdən) axşama kimi iş başındadır".

"Həkimsən" - İlhamə Bədəlova - 13.10.15 -12:23:24 - Buyün (bu gün) bir çoxları səhv başa düşür. Biz məsləhət görürük ki, piylənmədən əziyyət çəkən insanlar buyün (bu gün) bariatrik əməliyyata müraciət eləsin".

Hesabatda leksik normaları pozan aparıcıların adları da qeyd olunub:

"Sən tək deyilsən"- Xoşqədəm Hidayətqızı - 09.09.15- 16:29:38 - layiq olduğu sayğı".

"Günə baxan"- Elgiz Əkbər- 15.10.15- 10:01:57- yenilik acısından edirik bunu, yoxsa..."

"ATV xəbər" - Turan İbrahimov- 28.05.2015- 08:04:14- Bakı Ali Neft Akademiyasında (Məktəbində) həyəcanlı anlar yaşandı. Partlayış güclü yanğınla müşahidə (müşayiət) olundu.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR