Nazir müavini: "Rusiyada işləyəcək Türkiyə şirkətlərinin siyahısı hazırlanıb"

Nazir müavini: "Rusiyada işləyəcək Türkiyə şirkətlərinin siyahısı hazırlanıb"
12:32 11 Dekabr 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ "Rusiyada əməkdaşlarının işləməsinə icazə verilə biləcək Türkiyə şirkətlərinin sayı dəqiqləşdirilməyib".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya əmək nazirinin birinci müavini Aleksey Vovçenko jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin şirkətlərin siyahısı tərtib edilərək, Rusiya hökumətinə təqdim olunub.
Nazir müavini şirkətlərin sayı haqda məlumat verməyib və dəqiqləşdirmə aparıldığını vurğulayıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-dən sonra həmin müəssisələrin adlarının açıqlanacağı gözlənilir.  

Xəbərin orijinal ünvanı: http://report.az/region/nazir-muavini-rusiyada-isleyecek-turkiye-sirketlerinin-siyahisi-hazirlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR