Türkiyədə 17 azərbaycanlı İŞİD-çi tutuldu

Türkiyədə 17 azərbaycanlı İŞİD-çi tutuldu
12:46 11 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Türk Silahlı Qüvvələri 2015-ci il yanvarın 1-dən bu günədək 913 İŞİD üzvünü ələ keçirib.

ANS PRESS-in məlumatına görə, onların içərisində 17 nəfər azərbaycanlı da var. Lakin tutulanların sayına görə birinci yerdə 324 nəfərlə Çin Xalq Respublikasıdır.

Sıralamada sonrakı yerlərdə müvafiq olaraq qonşu Rusiya, Fələstin, Türkmənistan, Əfqanıstan və İndoneziya gəlir.

Bildirilib ki, yanvar-may aylarında 349, iyun-dekabr aylarında 564 nəfər saxlanılıb. Təkcə noyabr-dekabr aylarında tutulan İŞİD-çilərin sayı 108 nəfər olub.


Türk Silahlı Qüvvələrinin ələ keçirdiyi İŞİD üzvlərinin sayı


Siyahıdan da aydın görünür ki, İŞİD bir terror qruplaşmasıdır və məqsəd heç də insanları İslama dəvət etmək, İslamı yaymaq deyil. Müəyyən qüvvələrə xidmət edən bu terrorçu qruplaşmanın tək niyyəti mümkün qədər çox insan cəlb edərək İslamı ləkələmək, din pərdəsi altında həmin qüvvələrin siyasətini və əmrlərini yerinə yetirməkdir.

Həmin terrorçular Türkiyəyə keçmək istəyərkən saxlanılıblar. Onlardan bəziləri İŞİD düşərgələrində bomba təlimi keçdikləri və Türkiyədə terror aktları törətmək üçün ölkəyə gəldikləri məlum olub.

Sərhədi keçənlər içərisində qadın və uşaqların çoxluq təşkil etdiyi də müşahidə edilib.

İŞİD terror qruplaşması şəriət qayadları ilə idarə ediləcək xilafət quracağını iddia edərək bir sıra ölkələrə hücum edərək İslam pərdəsi altında terror aktları törədir.

Hazırda Suriyanın da bir hissəsinə nəzarət edən qruplaşmaya qarşı ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Qərb ölkələrindən ibarət koalisiya qüvvələri yaradılıb.

Türkiyənin də daxil olduğu koalisiya qüvvələri terrorçularla mübarizə aparmaq məqsədilə Suriyada hərbi əməliyyatlar həyata keçirirlər.

Koalisiya qüvvələri ilə əks cəbhədə olan Rusiya da İŞİD-lə mübarizə adı altında Suriyada əməliyyatlar keçirir. Lakin Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən Qərdən fərqli olaraq Rusiya hakimiyyəti Bəşər Əsədi dəstəkləyir.


Bəşər Əsəd - Suriyanın prezidenti

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR