“Atam-anam yoxdur. Həyatımda olanım iki oğlum, bir həyat yoldaşımdır. Mənə 23 ildir dəstək olan xanımımdır”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə “10-dan sonra” verilişində deyib.
Sənətçi onu özünü həyat yoldaşı ilə reklam etməkdə günahlandıranlara cavab verib:
“Bunu heç yerə yozmayın. Onunla həyatımın mənasını başa düşürəm. O olmasa mən yaşaya bilmərəm. Ona nəsə olsa mən öləcəm. Bu reklam, piar deyil, həqiqətdir. Sevincə nəsə olsa, Nadir onun yanına uzanacaq”.