Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək
12:52 11 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Abşeron yarımadasın iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-bakida-ve-abseron-yarimadasinda-hava-seraiti-esasen-yagmursuz-kececek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR