"Qəbələ"nin yarımmüdafiəçisi: "Qapıya yol tapa bilmədik"

"Qəbələ"nin yarımmüdafiəçisi: "Qapıya yol tapa bilmədik"
12:57 11 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az "Qəbələ"nin yarımmüdafiəçisi Derlis Meza Kollinin apasport.az saytına müsahibəsini təqdim edir:

- "Krasnodar"a 0:3 hesabı ilə uduzdunuz. Oyununuz niyə belə alındı?

- Eyni vəziyyət yenə təkrarlandı: birinci hissədə real qol imkanlarımız olsa da, qapıya yol tapa bilmədik. Hansı ki, həmin epizodlar 100 faizlik idi. Əgər onlardan birini qola çevirə bilsəydik, oyun da, hesab da fərqli ola bilərdi. Rəqib birinci hissədə qapımıza doğru iki zərbə endirdi və hər ikisində fərqləndi. 0:2-dən sonra oyun bizim üçün bitdi. İstifadə edə bilmədiyimiz epizodların əziyyətini çəkdik.
 
- "Borussiya" ilə oyundan fərqli, bu dəfə istək, qığılcım yox idi. Bu, turnir cədvəlindəki vəziyyətlə bağlı idi?

- Razılaşmıram. Birinci hissədə 3 real qol şansımız oldu, istifadə edə bilmədik. Rəqib qol vurduqdan sonra bizdə ruh düşkünlüyü yarandı. "Borussiya" ilə oyunda da eyni ssenari yaşanmışdı. Həmin vaxt da şanslarımızdan istifadə edə bilməmişdik. Çox oxşar oyunlar oldu. Bizdə qol çatışmadı.
 
- Qrup mərhələsinin yekunu "Qəbələ"nin real gücü ilə uzlaşırmı?

- Bu mərhələdə ilk dəfə iştirak etdiyimizdən, kədərlənməməliyik. Gələcəkdə yenə qrup mərhələsinə vəsiqə qazanacağıq və təcrübəmiz artdıqca oyunumuz və nəticəmiz də yaxşı olacaq.
 
- "Qəbələ"də sabiq komandanız "İnter"də sərgilədiyiniz oyunu nümayiş etdirə bilmirsiz. Sizə mane olan nədir?  

- Heç nədən şikayətim yoxdur. Fərq ondadır ki, "İnter"də daha çox oyun keçirirdim. "Qəbələ"də isə Avrokubok matçları, eləcə də çempionatın bəzi oyunlarında meydana çıxırdım. Yenə deyirəm, heç kimdən şikayətim yoxdur. Mənim üçün yeni vəziyyətdir. Amma üzərimdə çalışmalı, işləməliyəm.
 
- Meneceriniz açıqlama vermişdi ki, vəziyyət bu cür davam etsə, komandadan ayrılacaqsız. Həmin təkliflər haqda danışa bilərsizmi?

- Bu, normal haldır. Futbolçu bütün oyunlarda meydana çıxmaq istəyir. Amma klubun rəhbərliyindən narazılığım yoxdur. Vitse-prezidentlə söhbətimiz olub. Baş məşqçinin qəbul etdiyi bütün qərarlara hörmətlə yanaşıram.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR