Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

CAS "Neftçi"nin tələbini geri çevirdi

CAS "Neftçi"nin tələbini geri çevirdi

Date: 11 December 2015 12:57

2010-cu ildə İsveçrənin “Sion” klubundan “Neftçi”yə transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə “Neftçi”nin düşərgəsindən ayrılan Emil Mpenza barəsində FIFA-nın çıxardığı qərar qüvvədə saxlanıldı.

Emil Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” tərəfindən birtərəfli qaydada xitam verilmişdi.

13.03.2012-ci il tarixdə isə “Neftçi” tərəfindən FIFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırılmışdır. Emil Mpenza da öz növbəsində FIFA qarşısında əks iddia qaldıraraq “Neftçi”dən təzminat tələb etmişdi. 3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixdə FIFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarmışdı.

Bu qərarla əlaqədar olaraq 15.07.2015-ci il tarixdə Emil Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlamış, 3 ay davam etmiş araşdırmalardan sonra FIFA-nın 21.01.2015-ci il tarixdə futbolçunun xeyrinə çıxardığı qərarı qüvvədə saxlamışdı.


Tags:  Neftçi Emin Mpenza CAS FIFA

RƏYLƏR


Top news