İstehlak mallarının ekspertizası beynəlxalq standartlara uyğun şəkildə aparılır

İstehlak mallarının ekspertizası beynəlxalq standartlara uyğun şəkildə aparılır
12:58 11 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 11 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək və istehlak bazarını keyfiyyətsiz məhsullardan qorumaq məqsədilə 2015-ci ilin 11 ayı ərzində ərzaq məhsulları üzrə 86 mal çeşidini əhatə edən 2231 halda səyyar, 2089 halda ekspertiza və laboratoriya təhlillərinin aparılması təmin edilib.
Aparılan ekspertizalar, səyyar yoxlamalar və laboratoriya müayinələri 2970 halda yerli istehsal məhsullarını, 1350 halda isə idxal məhsullarını əhatə edib. Bundan əlavə, bəhs olunan dövrdə 1495 halda hüquqi və 2825 halda fiziki şəxslər tərəfindən daxil olmuş ərzaq nümunələrinin ekspertiza, laboratoriya və səyyar təhlilləri nəticəsində 4299 nümunənin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 21 nümunənin isə standartların tələblərinə uyğun gəlmədiyi müəyyənləşdirilib.
Qeyd edək ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ötən illərdə ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya və Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Azərbaycan Respublikasında qida sektorunda sayca 3-cü, muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası regionda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istehlak_mallarinin_ekspertizasi_beynelxalq_standartlara_uygun_sekilde_aparilir-910321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR