Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şənbə gününə olan hava proqnozu açıqlandı

Şənbə gününə olan hava proqnozu açıqlandı

Date: 11 December 2015 12:59

Dekabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən bəzi yerlərdə zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-7dərəcə, gündüz 8-12 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı,  şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.   

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Dekabrın 12-13də  Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 


Tags:  Şənbə gününə olan hava proqnozu açıqlandı

RƏYLƏR


Top news