“Azərbaycanın geosiyasəti”

“Azərbaycanın geosiyasəti”
13:13 11 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Yunus Oğuz

“Azərbaycanın geosiyasəti”

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

“İsti sular” dedikdə I Pyotr öz vəsiyyətində yazdığı kimi Hind okeanını nəzərdə tuturdu. O yazırdı ki, Hind okeanının sularına sahib olmadan dünyaya ağalıq etməkdən danışmağa dəyməz. Bu məqsədlə də Xəzər dənizindən əvvəl su hövzəsi ilə, sonra quru yolla Fras (Kəngər) körfəzinə çıxmaq, oradan isə Hind okeanına “əlini uzat” ideyasını həyata keçirmək istəyirdi və Dərbənd, Bakı, Rəşt, Şirvan, Gilan, Mazandaran kimi şəhər və əyalətləri işğal etməsindən sonra Sankt-Peterburqda müqavilə imzalamışdır. Bunun ardınca ruslar 1724-cü ildə Türkiyə hökümətini də diplomatik yolla Araz çayı sərhəd olmaqla işğal etdikləri “bütün Şimali Azərbaycan torpaqlarının Rusiyanın hakimiyyəti altına keçməsi” faktı ilə razı sala bilmişdi.

Nəzərə alaq ki, həmin illər Səfəvi sülaləsinin hökmranlığının son illəri idi və əsası Şah İsmayıl tərəfindən qoyulmuş qızılbaşlar imperiyası mövcudluğunun 226-cı ilini yaşayırdı. On il keçəcək (1736), Nadir şah Muğanda qurultay çağıracaq və rəsmən Səfəvi dövrünün başa çatmasını qurultay iştirakçılarına qəbul etdirəcəkdi.

Pyotrun dövründə isə Səfəvi imperiyası artıq parçalanmışdı- paytaxt İsfahan əfqanlar tərəfindən işğal olunmuş, Şah Hüseyn edam edilmiş, Fars (kəngər) körfəzində portuqallar, hollandlar və ingilislər ağalıq edirdi, imperiyanın qərb torpaqları, Təbriz də daxil olmaqla Osmanlı imperiyasının əsgərləri tərəfindən ələ keçirilmiş, Şah Hüseynin varisi II Təhmasib qaçqın vəziyyətinə düşmüş, işğal edilməmiş ərazilərdən əsgər yığmağa çalışırdı.

Lakin, vəziyyət qısa bir zamanda, Nadir xan ordunun baş komandanı II Təhmasib tərəfindən təyin olunduqdan sonra xeyli dəyişdi, İsfahan əfqanlardan geri alındı, Təbriz azad edildi, qızılbaş əsgərləri Bağdadı mühasirəyə aldılar. Səfəvilərin belə qələbələri Rusiyaya da təsirsiz ötüşə bilməzdi, özü də bütün bu hadisələr I Pyotrun ölümündən (1725) sonra baş verirdi. Odur ki, Xəzərətrafı Azərbaycan torpaqlarının statusu ilə bağlı Rusiya və Səfəvi (İran) dövlətləri arasında ikinci saziş 1732-ci ildə Rəştdə imzalanmış, bu sazişə görə Rusiya 1722-23-cü illərdə ələ keçirdiyi torpaqları geri qaytarır və əvəzində Xəzər dənizində sərbəst üzmək və məhdudiyyətsiz ticarət aparmaq hüququ əldə etdi.

Əli Həsənov yazır: “1735-ci ildə Gəncədə Nadir şah (qeyd edək ki, hələ o zaman ordu komandanı və az yaşlı şahın qəyyumu idi- kursiv Y. O.) hökuməti ilə Rusiya arasında ikinci görüş keçirilmiş və iki ölkə arasında daha əsaslı sənəd “əbədi dostluq” haqqında sülh sazişi imzalanmışdı. Ruslar həmin vaxt Nadir şahın təkidi ilə işğal etdikləri Bakı, Astara və Dərbənd ətrafındakı ərazilərlə birgə, bütün Şimali Azərbaycan torpaqlarını geri qaytarır və həmin torpaqlar üzərində Nadir şah hökumətinin suverən hüquqlarını tanıyırlar”. (Bax. s. 557)
Mövzudan kənara çıxaraq qeyd etməliyəm ki, Nadir şah Azərbaycan tarixində, bütövlükdə Yaxın Şərqdə, Orta Asiyada, Hindistanda çox unikal şəxs hesab olunub. Hətta, onu müasir Avropa tədqiqatçıları “Avropanın Napoleonu” adlandırıblar. O dövrünün geosiyasətini, hərbi-geostrategiyasını (düzdür, o zamanlar bu terminlər mövcud deyildi) çox əla bilir, diplomatik danışıqların ustası idi. Təsəvvür edin ki, Rusiyanın bəhs etdiyimiz illərdə (1722-1723) işğal etdiyi torpaqları bu unikal şəxsiyyət, əslən azərbaycanlı türkü olan Nadir şah heç bir güllə atmadan, yalnız diplomatik yolla azad edir, ustəgəl də Rusiya işğal etdiyi ərazilərdən çıxarkən silah-sursatlarını da onun əsgərlərinə təhvil verir. Bundan sonra o Hindistanı işğal edir, imperiyanın ərazilərini də hind çayına qədər uzadır, Orta Asiyaya yürüş edərək onu vassalına çevirir.

Təəssüflər olsun ki, bu dahi sərkərdənin, Azərbaycanın böyük oğlunun fəaliyyətinə indinin özündə də tam qiymət verilməmiş, hətta bəzi mənbələrdə hələ də işğalçı adını üstündən götürməmişlər. Yalnız bu sətirlərinin müəllifinin 2007-ci ildə Nadir Şah haqqında yazılmış böyük həcmli tarixi roman onun barəsində ictimai və elmi dairələrdə müsbət maraq oyatmış, bir neçə elmi və publisistik (akademik Ramiz Mehdiyev, araşdırmaçı Cahangir Hüseyn və b.) əsərlər yazmışlar. Amma, onun adını əbədiləşdirən heç bir heykəl, yaxud başqa bir nəsnə yoxdur. Düşünürəm bunu etmək lazımdır. 2017-ci ildə (anadan olduğu il 1688-ci ildir) onun ölümünün (1747) 270 illiyidir. Hər halda bu dövlət tərəfindən qeyd olunarsa pis olmazdı.

Məhz onun ölümündən sonra Azərbaycan ərazilərində, eyni zamanda Avşar imperiyasında uzun sürən daxili müharibələr başladı və nəticə olaraq xanlıqlar yarandı.

Qayıdaq mövzuya! Ağaməhəmməd şah Qacar dövründə mərkəzləşmiş idarə sisteminin yaradılmasına cəhdlər olsa da, onun ölümündən sonra (1797), Qacarlar sülaləsinin yeni nümayəndəsi Fətəlixan dövründə vəziyyət daha da pisləşdi. “Arvadbaz” adını alan bu qacar şahının (deyilənə görə onun hərəmxanasında 500-ə qədər qadın olub) Rusiya ilə vəziyyət, siyasi münasibətlər daha da gərginləşdi. 1807-ci ildə Fransa imperiyası ilə Tilizit müqaviləsi bağlandıqdan sonra Rusiyanın “əl-qolu” açıldı və əsgəri qüvvəsini Türkiyə və Qacarlar üzərinə yönəltdi. Qacarlarla müharibəsinin nəticəsi olaraq (1813) Gülüstan, 1828-ci ildə Türmənçay və 1829-cu ildə Osmanlılar müqavilə bağlandı. Bu müqavilələr Xəzərətrafı ərazilərdə yaşayanların taleyini həll etməklə yanaşı (qeyd edək ki, məhz bu dövrdən (1828) sonra siyasi və bədii ədəbiyyatda Azərbaycan Şimali və Cənubi Azərbaycan adlanmağa başladı. Faktiki olaraq müasir dövrümüzdə Cənubi Azərbaycan deyəndə İranın şimal ərazisi, Şimali Azərbaycan deyəndə isə indiki Azərbaycan Respublikasının və Qərbi Azərbaycan (Ermənistan əraziləri nəzərdə tutulur), bu sazişlərə uyğun olaraq ruslar Şimali Azərbaycanla birlikdə Xəzərin bütün Cənub-Qərb hissəsində yerləşən torpaqları yenidən öz əllərinə keçirmişlər.

Bütün bunların davamı olaraq, hörmətli professor yazır ki, 1921-ci ilin 26 fevralında Rusiya ilə İran, 25 mart 1940-cı ildə isə SSRİ ilə İran arasında Xəzərlə bağlı beşinci və altıncı müqavilələr bağlanır. Həmin müqavilələrə uyğun olaraq Xəzər dənizində yalnız Rusiya və İran, daha sonra isə SSRİ və İran gəmi saxlaya, sərbəst üzə və balıqçılıqla məşğul ola bilərdilər. Müqavilədə SSRİ-nin Xəzərdəki payı 86%, İranınkı isə 14% müəyyənləşmişdir.

Müəllif qeyd edir ki, öz iştirakı olmadan, Azərbaycan torpaqlarının hüquqi mənsubiyyətinin və Xəzərin statusunun müəyyən edilməsinə növbəti cəhd XX əsrin əvvəllərində- (1907-ci ildə) işğalçı rus və ingilis imperiyaları arasında “İran, Əfqanıstan və Tibet ərazilərdə müstəmləkəçilik fəaliyyəti” ilə bağlı imzalanan birgə konvensiyada göstərilmişdir. Konvensiyaya görə bütün Azərbaycan əraziləri Şimal və Cənub olmaqla iki hissəyə ayrılırdı ki, bunlr da müvafiq olaraq İngiltərə və Rusiyanın təsir dairəsinə daxil edilirdi. 1917-1921-ci illər arasındakı qısa zaman kəsiyi istisna olmaqla, bu ərazilər dağılana qədər şəriksiz şəkildə Rusiyanın təsir dairəsində olmuşdur.

O yazır: “Birinci dünya müharibəsinin nəticələrinə və Versal (1919) sülhünün şərtlərinə görə dünyada və Xəzər regionunda baş verən geosiyasi və coğrafi dəyişikliklər, Rusiyada bolşevik inqilabının baş verməsi, Osmanlı imperiyasının süqutu, Fars körfəzi, Orta Asiya, Cənubi Qafqaz və Avrasiyanın digər bölgələrində yaşanan ciddi beynəlxalq proseslər 1921-ci ildə Sovet Rusiyası ilə hövzənin digər böyük ölkəsi hesab olunan İran şahlığı (Qacar sülaləsi- Y. O. ) arasındakı Xəzər bölgəsinin statusuna yenidən qayıtmaq və Azərbaycanın taleyini həll etmək məsələsini aktuallaşdırdı. O zaman müharibənin qalib dövlətləri, ilk növbədə Böyük Britaniya tərəfindən ciddi təzyiqlərə və geostrateji basqılara məruz qalan hər iki tərəf bağladıqları müqavilə ilə “hər hansı bir xarici dövlətin gəmilərini Xəzər dənizinə buraxmamaq” haqqında qarşılıqlı öhdəlik götürərək, faktiki olaraq Xəzərin əvvəlki (1828-ci il) bölgüsü xəritəsini- Şimal və Cənub təsir dairələrinə ayrılmasını və müvafiq olaraq idarə edilməsini təsdiq etdilər”. (Bax. s. 558-559)
Ardı var

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qarpız alarkən diqqətli olun! - şübhəli mənzərə ortaya çıxıb - VİDEO

20 İyul 2017 20:47

Turpaketlərin qiyməti ucuzlaşıb - VİDEO

20 İyul 2017 20:47

Qadının xəlq olunmasının səbəbi nədir?

20 İyul 2017 20:47

Firudin Hacıyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib -

20 İyul 2017 20:47

Mənzil bazarında durğrunluq yaşanır - VİDEO

20 İyul 2017 20:42

Ürək nədən ağrıyır?

20 İyul 2017 20:42

Gizli qulaqcıqlara maraq artıb: imtahanlarda istifadə edilib? - VİDEO

20 İyul 2017 20:42

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb - VİDEO

20 İyul 2017 20:37

Bəşər Əsədə ağır zərbə:

20 İyul 2017 20:36

Buzovna yolunda ölümlə nəticələnən qəza

20 İyul 2017 20:33

Səfir: Belçika Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə böyük önəm verir

20 İyul 2017 20:32

Aktrisa yaşına meydan oxuyur - FOTO

20 İyul 2017 20:32

Bir vaxtların sevilən serialı yenidən çəkilir - FOTO

20 İyul 2017 20:27

WhatsApp-dan möhtəşəm yenilik

20 İyul 2017 20:27

DİN və Baş Prokurorluq Bakıda baş vermiş qəza ilə bağlı məlumat yayıb

20 İyul 2017 20:27

Uşağı müstəqil yeməyə necə öyrətməli?

20 İyul 2017 20:22

2 il əvvəl tənqid olunurdu - indi isə... - FOTO

20 İyul 2017 20:17

Qəbir ziyarəti zamanı mərhumun ruhuna hansı duanı oxumaq lazımdır?

20 İyul 2017 20:17

Bakıda Gelandewagen-lə adam vuruldu

20 İyul 2017 20:12

Ev alan jurnalistlərin tam siyahısı

20 İyul 2017 20:12

"Banu"nun Güneli də ev aldı

20 İyul 2017 20:12

Möminin dostuna etinasızlığının acı cəzası

20 İyul 2017 20:12

Evində çəkdiyi yarıçılpaq fotolarını paylaşdı - FOTO

20 İyul 2017 20:05

Kəsdiyi ağac həyatına son qoydu

20 İyul 2017 20:05

Qanunsuz ağac kəsən şəxs üzərinə ağac düşməsi nəticəsində dünyasını dəyişib

20 İyul 2017 20:02

Yüzlərlə it bu körpüdən özünü atıb intihar etdi

20 İyul 2017 20:01

Ev verilən jurnalistlərin adları açıqlandı -

20 İyul 2017 19:58

Android istifadəçiləri - ehtiyatlı olun

20 İyul 2017 19:57

Ev verilən jurnalistlərin adları açıqlandı - SİYAHI

20 İyul 2017 19:53

Goranboyda keçirilən reyddə təhlükəli anlar - VİDEO - FOTO

20 İyul 2017 19:52

Buzovna yolunda avtomobil yoldan keçən piyadanı vurub

20 İyul 2017 19:52

İsmayıllıda kənd evləri – QİYMƏTLƏR

20 İyul 2017 19:52

ABŞ fondu yeni maliyyə böhranının mümkün səbəblərini açıqlayıb

20 İyul 2017 19:52

Bronxial astmanın pilləli müalicəsi

20 İyul 2017 19:52

Həzrət Adəmin övladına 5 nəsihəti

20 İyul 2017 19:47

Prezidentin ev hədiyyə etdiyi jurnalistlərin TAM SİYAHISI - ADLAR

20 İyul 2017 19:44

Yaddaşsızlıq riskini necə azaltmalı? - 9 VASİTƏ

20 İyul 2017 19:42

Kəskin ürək-damar çatışmazlığı

20 İyul 2017 19:42

Taleh Bağırov və digərlərinin apellyasiya şikayəti təmin edilməyib

20 İyul 2017 19:42

Bakıda yaşayış binasında yanğın

20 İyul 2017 19:38

Sabirabadda naməlum kişi meyiti tapılıb

20 İyul 2017 19:37

Ticarət danışıqları nəticəsiz başa çatıb

20 İyul 2017 19:37

Səudiyyə Ərəbistanında şahzadə həbs olundu -

20 İyul 2017 19:35

Tutuquşu şahidliyi: qadın ərinin qətlində təqsirli bilinib - FOTO

20 İyul 2017 19:32

Ən məşhur məhbus yeni əsərlər çəkib - FOTO

20 İyul 2017 19:32

Tanınmış aparıcı bu dəfə tamam fərqli FORMATDA qarşımıza çıxacaq - VİDEO

20 İyul 2017 19:28

Almaniyada kütləvi təxliyə - Bomba tapıldı

20 İyul 2017 19:27

"Çexiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir" - Səfir

20 İyul 2017 19:27

62 yaşında vəfat edən Harun Kolçak kimdir?

20 İyul 2017 19:27

Körfəz ölkələri tələblərini yüngülləşdirib - Qətər böhranı

20 İyul 2017 19:27