Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Əlil qadını fahişəliyə məcbur edən azərbaycanlı tutuldu

Əlil qadını fahişəliyə məcbur edən azərbaycanlı tutuldu

Qadını şantaj edən şəxs tutuldu - BAKIDA (27 Fevral 2017 13:32)
Arvadını kişilərə satan ərin "namus davası" ÖLÜMLƏ NƏTİCƏLƏNDİ (FOTOLAR) (23 Fevral 2017 01:35)
Slovakiyada qadın alveri ilə məşğul olmuş dəstə üzvləri həbs edilib (16 Fevral 2017 05:02)

Tarix: 11 Dekabr 2015 13:14

Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 11 ildir axtarılan şəxs Rusiyada saxlanılıb. 

Lent.az-ın qafqazinfo-ya isitnadən məlumatına görə, Cinayət Məcəlləsinin 243.2.1 (Fahişəliyə cəlb etmə; şəxsin köməksiz vəziyyətindən, fiziki və ya psixi qüsurlarından istifadə etməklə törədildikdə) və 243.2.2-ci (Fahişəliyə cəlb etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə beynəlxalq axtarışa verilən şəxs Rusiya polisi tərəfindən saxlanılb. Azərbaycanlı qadınları xarici ölkələrə apararaq fahişəliyə cəlb edən 1964-cü il təvəllüdlü Rafael Çobanzadə bir müddət öncə beynəlxalq axtarışa verilib.

Qadınların fiziki və psixi köməksiz vəziyyətindən istifadə edən mütəşəkkil dəstənin rəhbəri Rafael Çobanzadə barəsində qırmızı xətt üzrə axtarış elan edilib. “İnterpol”un saytında qeyd olunur ki, 1964-cü ildə Bakıda anadan olan R.Çobanzadə Azərbaycan dilindən başqa rus və ingilis dillərini də mükəmməl bilir. R.Çobanzadə Azərbaycan daxilində 2004-cü ilin noyabrından Nəsimi Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. O bir neçə gün öncə Rusiyanın İvanovo vilayətinin Daxili İşlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ekstradisiya məsələləri həll olunur.


Teqlər:  Əlil qadını fahişəliyə məcbur edən azərbaycanlı tutuldu



RƏYLƏR


Top xəbərlər