Neapol-Bakı Assosiasiyasının nümayəndə heyəti Bakıya gəlib

Neapol-Bakı Assosiasiyasının nümayəndə heyəti Bakıya gəlib
13:14 11 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Neapol-Bakı Assosiasiyasının nümayəndə heyəti Bakıya gəlib.

Lent.az-ın məlumatına görə, heyət ilk olaraq Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Neapol-Bakı Assosiasiyasının prezidenti Ciuzeppe Caniglianın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin və oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Qurumun vitse-prezidenti Elnur Camalxanov italiyalı qonaqlara Heydər Əliyevin keçdiyi həyat yolu barədə məlumat verib.

Ardınca Şəhidlər xiyabanına gələn qonaqlara 20 Yanvar hadisəsindən, faciənin tarixi, onun ölkəmizin müstəqilliyinin bərpasında mühüm rolunun olması haqqında geniş məlumat verilib.

Qeyd edək ki, Neapol-Bakı Assosiasiyası Azərbaycanla İtaliya arasında mövcud olan dostluq, ticarət və mədəniyyət əlaqələrini daha da inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən təşkilatdır. Baş qərargahı İtaliyanın Neapol şəhərində yerləşən Assosiasiya 2014-cü ildə yaradılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR