Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezidentin nəvə sevinci

Prezidentin nəvə sevinci

Date: 11 December 2015 13:21

Son günlər Rusiya ilə təyyarə böhranından sonra gərgin vəziyyətdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üzü gülüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ərdoğanın nəvəsi doğulub. Bu prezidentin beşinci nəvəsidir.

Məlumata görə, yeni doğulan körpənin cinsiyyəti oğlandır. Körpə bu gücə istanbuldakı xəstəxanalardan birində anadan olub.

Berat və Esra Albayrak cütlüyünün bundan başqa Əhməd Akif (10 yaş) və Mahinur adlı uşaqları var.
Prezidentin digər iki nəvəsi isə oğlu Bilalın ailəsindədir. Onların adı Ömər Tayyib (9 yaş) və Əli Tahirdir (2yaş).

Nəvəsinin doğulmasından sonra Ərdoğan İstanbulda bu səhər qatılacağı tədbiri təxirə salıb. Tədbirdə iştirakın təxirə salınmasının səbəbi açıqlanmamışdı.

Tags:  Prezidentin nəvə sevinci


RƏYLƏR


Top news