Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Növbə türk tələbələrinə çatdı (VİDEO)

Növbə türk tələbələrinə çatdı (VİDEO)

Date: 11 December 2015 13:21

Türk tələbələrinin Rusiyada təhsil almasında problemlər yaranıb.

ANS PRESS-in məlumatına görə iki ölkə arasında vəziyyətin gərginləşməsi Rusiyada təhsil alan türk vətəndaşlarının işinə ciddi təsir edib.

Rusiyada təhsil alan türk tələbələr məcburən imzaladıqları sənədlər vasitəsilə təhsillərini yarımçıq qoyub ölkələrinə qayıdırlar. Bununla bərabər unverisitetlərdə rus professorlar türk tələbələrin dərslərinə girmirlər.

Türkiyə Təhsil Nazirliyinə gələn saysız- hesabsız məktublarda 1030 türk tələbənin Rusiyada təhsil almaqda problemlərinin olduğu dilə gətirilir.

Bir müddət bundan əvvəl polislər itlərlə türk tələbələrin qaldığı yataqxanaya basqın edərək, bir neçə tələbəni polis bölməsinə aparıb.

Son olaraq isə Rusiyanın Voronej Dövlət Texniki Unveristetinin rəhbərliyi türk tələbələrə “Rusiyanı tərk edin” deyə xəbərdarlıq edib.

Eyni vəziyyətlə Milli Nüvə Araşdırmaları Unveristetinin (MMFİ) türk tələbələri də qarşılaşıb.



Türkiyə Dövlətlərarası Tələbələr Təşkilatının Rəhbəri Nihat Buğra Ağaoğlu baş verən hadisələrə münasibət bildirərkən “İki ölkə arasında yaranan siyasi münasibətlərin gərginləşməsi, təhsil və bu kimi əlaqələri sarsıtmamalıdır. Türk tələbələrin təhsil hüquqlarından məhrum olmaması üçün əlimizdən gələni edəcəyik”.


Noyabrın 24-də Suriya-Türkiyə sərhəddində Rusiyaya məxsus Sy24 təyyarəsinin vurulması ilə iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb olub.




Tags:  Növbə türk tələbələrinə çatdı VİDEO


RƏYLƏR


Top news