Kinoların dövlət reyestrində qeydiyyata alınmadan yayımına görə cərimə müəyyənləşdirilib

13:22 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, qanunu pozanların 2 000 manat miqdarında cərimə edilməsi nəzərdə tutulub.
İclasda çıxış edən komitə sədri Rafael Hüseynov xatırladıb ki, “Kinematoqrafiya haqqında” qanunun 7-ci maddəsinə əsasən, Azərbaycan ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulan bütün filmlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınır və filmlər dövlət reyestrinə daxil edilməlidir: “Filmlərin yayımı və nümayişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir. Təklif olunan dəyişiklik həmin tələblərin təmin edilməsi məqsədi daşıyır”.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.   

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/kinolarin-dovlet-reyestrinde-qeydiyyata-alinmadan-yayimina-gore-cerime-mueyyenlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR