Ulu öndər Heydər Əliyevin xatirəsi İzmirdə anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi İzmirdə anılıb
13:23 11 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


İzmir, 11 dekabr, AZƏRTAC
İzmirin Əliağa qəsəbəsində fəaliyyət göstərən Heydər Əliyev adına İzmir Texniki və Sənaye Peşə Liseyində ölkəmizin Ankaradakı səfirliyi tərəfindən Ümummilli Liderimizin xatirəsinə həsr olunan toplantı keçirilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə Azərbaycan səfirliyinin müşaviri Nəcibə Nəsibova, Əliağa qəsəbəsinin rəhbəri Bayram Yılmaz, İzmir təhsil şöbəsinin müdiri Vəfa Baydakçı və məktəb müdiri Məhməd Arı çıxışlarında Ulu Öndərin ölkəmizin inkişafına göstərdiyi əvəzsiz xidmətlərdən, təhsilə və gənclərə diqqət və qayğısından, iki qardaş ölkə əlaqələrinin inkişafındakı müstəsna rolundan bəhs ediblər.
Sonra səfirliyin təhsil müşavirliyinin təşkilatçılığı ilə liseyin şagirdləri arasında keçirilən Ulu Öndərimizin həyat və fəaliyyətinə həsr olunan inşa və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.
İnşa müsabiqəsi üzrə birinci yerə layiq görülən 9-cu sinif şagirdi Beyza Kartal yazısını, şeir üzrə birinci yeri tutan 8-ci sinif şagirdi Gamza Özüzün isə Ulu Öndərimizə həsr etdiyi “Heydər Baba” şeirini oxuyublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_xatiresi_Izmirde_anilib-910332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR