ABŞ-da tibbi vertolyotun qəzaya uğraması nəticəsində dörd nəfər ölüb

ABŞ-da tibbi vertolyotun qəzaya uğraması nəticəsində dörd nəfər ölüb
13:27 11 Dekabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Kaliforniya ştatında tibbi vertolyotun qəzaya uğraması nəticəsində dörd nəfər ölüb. "Report" "NBC news" telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı şerifin ofisinin nümayəndələri verib.
Məlumata görə, vertolyot Fresno şəhərindən havaya qalxaraq Baykersfild şəhərindəki hospitala doğru uçuş həyata keçirib. Vertolyotla 30 dəqiqə ərzində əlaqə qurmaq mümkün olmayandan sonra onun axtarışına başlanılıb.
Sonradan xilasedicilər vertolyotun qalıqlarını aşkarlayıb. Kern dairə şerifi Bill Smallvudun verdiyi informasiyaya görə, hadisə zamanı sağ qalan olmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-tibbi-vertolyotun-qezaya-ugramasi-neticesinde-dord-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR