Paytaxtda avtomobil iki piyadanı vurub (VİDEO)

Paytaxtda avtomobil iki piyadanı vurub (VİDEO)
13:31 11 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonu ərazisində piyadanı avtomobil vurub.

ANS TV-nin məlumatına görə, Müşviqabad qəsəbəsi ərazisində “İsuzu” markalı yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsini geriyə doğru hərəkət etdirərkən 53 yaşlı İmaməddin Fazilovu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib.

Müayinə zamanı İmaməddin Fazilovda qapalı kəllə beyin travması və çoxsaylı sınıq xəsarətləri aşkar edilib. Sürücü saxlanılıb və onun ifadəsi alınıb. Avtomobil isə cərimə meydançasına aparılıb.

Abşeron rayonunda da oxşar yol nəqliyyat hadisəsi baş verib.

Bakı -Sumqayıt yolu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü isə yolu keçmək istəyən 32 yaşlı Məhərrəm Əsgərovu vurub. Yaralını sürücü özü xəstəxanaya çatdırıb.

Həkimlər piyadanın qəza nəticəsində kəllə -beyin travması aldığını bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib. Sürücü ifadəsində bildirib ki, hərəkətdə olarkən dayanacaqda dayanmış avtobusun qarşısından qəfil piyada yola çıxıb. O da avtomobili saxlaya bilməyərək onu vurub.

Hər iki faktla əlaqədar araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR