Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda “Yazılı abidələr haqqında” qanun layihəsinin hazırlanması təklif edilir

Date: 11 December 2015 13:33

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda “Yazılı abidələr haqqında” qanun layihəsinin hazırlanması təklif edilir.

Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfayel Hüseynov komitənin bu gün keçirilən iclasında bildirib ki, Azərbaycanda çox sayda səs abidələri və daşlar üzərində yazılı abidələr var. Son 15-20 il ərzində Azərbaycanda səs abidələrinin toplanılması istiqamətində çox ciddi işlər görülüb: “Səs abidələrimizi qorumaq mədəniyyətimiz üçün çox vacibdir. Lakin səhlənkarlıq üzündən səslərin saxlanıldığı səs fondlarında bir çox qiymətli, yalnız bir nüsxə olan səsləri itirmişik”.

Bu gün səs fondlarının daxili nizamnamələr əsasında qorunulduğunu deyən R.Hüseynov qeyd edib ki, mədəniyyətimiz üçün səs irsimizin qorunması olduqca vacibdir. Ona görə də bu məsələlər qanunla tənzimlənməlidir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda Yazılı abidələr haqqında qanun layihəsinin hazırlanması təklif edilir

RƏYLƏR


Top news