Nitq qüsurlu aparıcıların SİYAHIsı açıqlandı

Nitq qüsurlu aparıcıların SİYAHIsı açıqlandı
13:34 11 Dekabr 2015
143 Sosial
Ölkə mətbuatı
A- A+

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) televiziya kanalların nitq qüsurlu aparıcılarının adlarını və onların yol verdiyi ədəbi dil pozuntularını açıqlayıb.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, siyahı aşağıdakı kimidir:

 

ATV

Xəbər proqramları

Orfoepik normanın pozulması

 

“ATV Xəbər” – Ceyhun Səfər – 01.09.2015 – 21:13:09 – Qubanın Zərqova kəndində dərs ilinin başlanması böyük (böyüx´) arzuların reallaşmaması fonunda baş tutur.

“ATV Xəbər” – müxbir – 01.09.2015 – 21:21:31 –Ekspert Nüsrət İbrahimov deyir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarda zəiflik (zəiflix´) bu gün də davam edir.

“ATV Xəbər” – Ceyhun Səfər – 09.09.2015 – 14:05:03 – Yaxşı yadımdadır, uşaq idim, çömçəni kamança kimi dizimin üstünə qoyub, axlovu (oxlovu) ona sürtürdüm.

“Hava” – Kəmalə Piriyeva (nitqi sürətli olduğu üçün bəzi sözlərin əvvəli və ya sonun aydın tələffüz etmir) – 09.09.2015 – 14:31:45 – Bakı və Abşeron yamasının havasına (yarımadasının havasına) gəlincə, Sumqayıtda havanın temperaturu gündüz +35, gecə isə +24 dərəcə olacaq.

“Hava” – Nərmin Əlisoy – 11.09.2015 – 12.54:09 – Ekologiya və Təbii Sırvətlər  (Sərvətlər) Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bu günə aldığımız məlumatı diqqətinizə çatdırıram.

“ATV Səhər” – Turan İbrahimov – 28.09.2015 – 08:50:15 – Muasir (müasir) dövrdə, muasir (müasir) dünyada bang (bank) sistemləri elə bir şəbəkələr qurublar, elə bir sistemlər qurublar ki, banklara, ən azından, banklara borcu olmayan insanlar çox azdır.

“ATV Xəbər” – Gülnar Muxtarqızı – 12.10.2015 – 11:59:05 – Düzgün formatda yüklənmiş sənədlər barədə “icraata götürülmüşdür” geydi (qeydi) yazılır.

“ATV Xəbər” – Gülnar Muxtarqızı – 13.10.2015 – 12:04:45 – Buna görə də valideynlərə nadinc, yarımaz(yaramaz) uşaqları cəzalandırmaq yox, hər şeyi başa salmaq və onlara qarşı səbir nümayiş etdirmək məsləhət görülür.

“ATV Xəbər” – Gülnar Muxtarqızı – 14.10.2015 – 12:00:00 – Ötən müddət ərzində 2200-ə yaxın dərmanın giyməti təmzimlənib (qiyməti tənzimlənib). Bu dərmanların 53 %-inin giyməti (qiyməti) 2 dəfə, 28 %-inin giyməti (qiyməti) isə 3 dəfədən çox azaldılıb. İqtisadiyyat və sənaye naziri, Tarif Şurasının sədri Şahin Mustafayev bildirib ki, qiymətləri təmzimlənmiş (nzimlənmiş) dərman vasitələrinin 98 %-inin giyməti (qiyməti) endirilib. Nəticədə hazırda satışda olan dərman vasitələrinin 25 %-inin giyməti təmzimlənib (qiyməti tənzimlənib). Bu məsələ dövlət başçısının digqət (diqqət) mərkəzindədir. Dərmanların giymətinin təmzimlənməsi (qiymətinin tənzimlənməsi) prosesi davam edəcək.

“ATV Xəbər” – Gülnar Muxtarqızı – 14.10.2015 – 12:02:00 – C vitamini bədənin immunitetini artırdığı üçün bol qreypfrut, portağal, naringi(naringi), ərik kimi təzə sıxılmış meyvə suları için.

“ATV Səhər” – müxbir – 16.10.2015 – 08:10:10 – Hadisə şahidi olan turistlərdən birinin didiyinə(dediyinə) görə, həmin yerdə olarkən bir anda cingilti eşidib və ayağının altından körpünün qaçdığını hiss edib.

“ATV Səhər” – Turan İbrahimov – 16.10.2015 – 08:11:18 – İndiyə qədər (indiyə qədər) faciə yaşanmaması, inanın mənə, bir möcüzədir.

“ATV Səhər” – Turan İbrahimov – 16.10.2015 – 08:11:30 – Əz (əziz) tamaşaçılar, səhər-səhər gülmək də tam yerinə düşür.

“10lar” – Afaq Gəncəli – 17.10.2015 – 16:30:17 – “Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar” deyərlər. Elə bizim şou-biznes əhlinin bütün qabları çatdaya-çatdaya (çatdıya-çatdıya) gedir.

“10lar” – Afaq Gəncəli – 17.10.2015 – 16:34:31 – Gəlin görey (görəx′) məhz Faiq Ağayevin bu deyilən kəlmələrə reakцiyası (reaksiyası) necə oldu.

“ATV maqazin” – Nərgiz Vahabqızı – 31.10.2015 – 18:41:46 – Gənc olmasına baxmayaraq, artıq bir çox çəkildiyi filmlərlə kifayət qədər sevilən (çəkildiyi bir çox filmlərlə artıq kifayət qədər sevilən) PərvinAbuyevadan (Abıyevadan) xəbər var.

Vurğu ilə bağlı səhvlər

“Nanəli” – Nanə Ağamalıyeva – 04.10.2015 – 22:02:00 – Və ekran qarşısında bizi izləyən tamaşaçılar, təbii ki, veriliş başlamazdan öncə mən, sadəcə olaraq, verilişin qı′saca (qısaca′) məzmunu haqqında tanış etmək istəyirəm sizi.

 “ATV Səhər” – müxbir – 12.10.2015 – 08:11:39 – Hindistanın paytaxtı Dhlidə (Dehlidə´) əhalinin artan sayı ilə birgə məişət tullantılarının da sürətlə artması ortaya qəribə mənzərə çıxarıb.

“ATV Xəbər” – Gülnar Muxtarqızı – 12.10.2015 – 12:00:54 – Biz də ümid edək ki, bu xəbərdən sonra uşaqların həyatına təhlükə yaradan belə parklarda təmizləmə işləri mütəma´d (mütəmadi´) aparılacaq ki, uşaqlarımız uşaqlıqlarından məhrum olunmasınlar.

Orfoqrafik normanın pozulması

“ATV Xəbər” – titr – 01.09.2015 – 14:03:58 – Ermənilər atəşkəsi yenə pozub (pozublar) – uzlaşma əlaqəsinin pozulması.      

Leksik normanın pozulması

“ATV Xəbər” – Ceyhun Səfər – 09.09.2015 – 14:15:09 – Qeyd edək ki, adı çəkilən yolda heyvanlaraviaqəzaların (avtoqəzaların) yaranmasına tez-tez səbəb olan bir səbəbdir (tez-tez səbəb olur).

“ATV Səhər” – Turan İbrahimov – 28.09.2015 – 08:04:14 – Sizinlə birlikdə mənəm, Turan İbrahimov və ümidvaram ki, bu iki saat birlikdəliyimiz (birlikdə olmağımız), sözün əsl mənasında, sizin üçün də, bizim üçün də səmərəli keçəcək.

“ATV Xəbər” – Turan İbrahimov – 16.10.2015 – 18:00:42 – Bakı Ali neft Akademiyasında (Məktəbində) həyəcanlı anlar yaşandı. Partlayış güclü yanğınla müşahidə (müşayiət) olundu.

Morfoloji normanın pozulması

“ATV Xəbər” – Ceyhun Səfər – 09.09.2015 – 14:03:40 – Bu gün Azərbaycan kamança sənətinin kökdən düşən günüdür. Böyük sənətkar, xalq artisti Habil Əliyev bizi tərk edir (tərk etdi).

“ATV Səhər” – Turan İbrahimov – 28.09.2015 – 08:50:15 – Muasir dövrdə, muasir dünyada bangsistemləri elə bir şəbəkələr qurublar, elə bir sistemlər qurublar ki, banklara, ən azından, banklara borcu olmayan insanlar çox azdır.

“Hava” – Nərmin Əlisoy – 16.10.2015 – 10.19:31 – Qazax, Tovuz, Şəmkir, Göygöl, Goranboy, Ağdam, Füzuli, Cəbrayıl bölgəsinin (bölgələrinin) hava durumuna gəlincə, burada havanın hərarəti gündüz saatlarında +12 - +17, gecə isə +11 - +12 dərəcə olacaq.

“Hava” – Nərgiz Məmmədova – 29.10.2015 – 14.15:04 – Ordubad, Culfa, Naxçıvan, Şahbuz və Şərurda havanın temperaturu gündüz saatlarda (gündüz saatlarında) +11 - + 14, gecə +5 - + 9 dərəcə isti olacaq.

“ATV Xəbər” – Turan İbrahimov – 29.10.2015 – 18:01:06 – Necə olub ki, yəni bu vaxta qədər müayinələr aparılmayıbmı (aparılmayıb) və uşağın fiziki qüsurlu olma ehtimalı müəyyənləşməyibmi(müəyyənləşməyib)? 

Sintaktik normanın pozulması

“ATV maqazin” – Nərgiz Vahabqızı – 12.09.2015 – 18:54:53 – Daha ətraflı isə süjetimizdə də maraqlı məlumatlar var ki, hansı ki, “Qız atası” serialının kadrarxası məqamları ilə də elə sıradakı süjetdə tanış olacaqsınız.

“ATV maqazin” – Nərgiz Vahabqızı – 12.09.2015 – 19:30:14 – Türkiyədə məşhur bir yarışmaya qatılan həmyerlimiz Rəşad Altınsəs nəinki iştirakçı olduğu verilişin münsif heyətinin sevgisini qazanmaqla yanaşı (qazandı), o həm də Türkiyənin çox sevilən və sənətkarı, imperatoru sayılan İbrahim Tatlısəsin də rəğbətini qazanmağı bacardı.

Söz sırasının pozulması

“10lar” – Afaq Gəncəli – 27.09.2015 – 16:30:45 – Bax bütün bu suallara sia hal-hazırda cavab tapmayacaqsınız, çünki (hələlik) “10lar”ın hələlik anonsları gəlir.

“Nanəli” – Nanə Ağamalıyeva – 04.10.2015 – 22:00:45 – Burdakı tamaşaçılar, gəlin ürəkdən onları (ürəkdən) qarşılayaq.

 “ATV Xəbər” – Gülnar Muxtarqızı – 12.10.2015 – 12:00:47 – Elə buna görə də mütəxəssislər uşaqları mümkün qədər belə yerlərdən uzaq tutmağı məsləhət görürlər.

“10lar” – Afaq Gəncəli – 17.10.2015 – 16:30:17 – Soyuq (bir) payız bir günündə ekran qarşısında əyləşib, ATV telekanalına baxıb hələ də 10lardan xəbər tutmağın bambaşqa ləzzəti var.

 “ATV Maqazin” – Nərgiz Vahabqızı – 31.10.2015 – 18:41:46 – Gənc olmasına baxmayaraq, artıq bir çox çəkildiyi filmlərlə kifayət qədər sevilən (çəkildiyi bir çox filmlərlə artıq kifayət qədər sevilən) PərvinAbuyevadan xəbər var.

Uzlaşma əlaqəsinin pozulması

“ATV Xəbər” – Gülnar Muxtarqızı – 13.10.2015 – 12:04:37 – Belə bir açıqlama ilə amerikalı psixoloqlarçıxış edib (çıxış ediblər).

“ATV Xəbər” – Gülnar Muxtarqızı – 13.10.2015 – 12:04:59 – Qəribə səslənsə də, psixoloqlar dedi-qodunun faydalı olduğunu bildirir (bildirirlər).

“ATV Xəbər” – Turan İbrahimov – 16.10.2015 – 18:04:06 – Rusiya aviasiyası Suriyada əməliyyatlar keçirir, bombardmanlarını davam etdirir və bombardmanların fonunda Suriya ordusu da uğurlu əməliyyatlar keçirirl


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR