İrəvanın qara Yeni ili

İrəvanın qara Yeni ili
11:26 30 Dekabr 2014
79 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni il bayramı günlərində Ermənistanda nə qar yağacaq, nə də bayram olacaq. Bunu Ermənistanın müxtəlif şəhərlərində qısa müsahibələr aparmış sinoptik və jurnalistlər bildiriblər.

"Acqarına nə bayram olacaq?" - deyə rəyi soruşulanlardan biri bildirib: "Siz mağazalara girin və qiymətlərə baxın".

Erməni nəşrləri yazır ki, son bir-iki ildə respublikada həyat 20 faiz bahalaşıb. Bu, statistika xidmətinin rəsmi göstəricisidir. Düzdür, burada bu ilin dekabr ayında milli valyuta dramın qiymətdən düşməsi ilə bağlı yaranmış inflyasiya göstəriciləri nəzərə alınmır. Bununla bağlı ərzaq məhsulları və ilkin təlabat məhsullarının qiyməti dərhal 10% artıb.

Qarşıdan gələn ildə ürəkaçan dəyişikliklərə də heç bir ümid yoxdur. Artıq bu gün bildirmək olar ki, 2015-ci ildə Ermənistanı dərin böhran gözləyir. Bu barədə mətbuat konfransında parlamentin deputatı Zarui Postancyan bildirib.

Ermənistan beynəlxalq məsələlər və təhlükəsizlik institutunun direktoru Stepan Safaryan da onunla həmrəydir. Ekspert sanır ki, başa çatmaqda olan il Ermənistan əhalisinin çoxunu məyus edib, 2015-ci il isə sosial-iqtisadi baxımdan daha ağır olacaq.

İnstitut direktoru çox narahatdır ki, Azərbaycan hərbi gücünü artırır, Ermənistan iqtisadiyyatı isə çökür.

Yerli qəzetlərin yazdığına görə, Yeni il ərəfəsində respublika hökumətinin binasından qəfil şəkildə ad lövhəsi yoxa çıxıb. Yerli baməzələrin fikrincə, nəhayət, Ermənistan hökuməti anlayıb ki, bu qurumun hökumət yox, sahibkarlar cəmiyyəti olmasını xalqdan gizlətməyə daha ehtiyac yoxdur. Amma çətin ki, bu zarafat Yeni ildə Ermənistan sakinlərinin əhvalını qaldıra bilsin.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR