Uorlik: Minsk qrupu Almaniya ilə Dağlıq Qarabağ münaqişəsi üzrə əməkdaşlığa ümid edir (ÖZƏL)

Uorlik: Minsk qrupu Almaniya ilə Dağlıq Qarabağ münaqişəsi üzrə əməkdaşlığa ümid edir (ÖZƏL)
13:38 11 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Anaxanım Hidayətova - Trend:

ATƏT-in Minsk qrupu 2016-cı ildə ATƏT-in sədri kimi Almaniya ilə Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə əməkdaşlığa ümid edir. Bunu Trend-ə müsahibəsində ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, Almaniya münaqişənin tənzimlənməsi üzrə danışıqlar prosesinə tam dəstək göstərəcəyinə dair həmsədrlərə zəmanət verib.

C.Uorlik qeyd edib ki, dekabrın 3-4-də Belqradda keçirilmiş ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində həmsədrlər Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşərək iki ölkə prezidentinin tezliklə baş tutacaq görüşünün yekun detallarını müzakirə ediblər.

Həmsədr deyib: "Biz inanırıq ki, bir ildən artıq müddətdən sonra prezidentlərin görüşməsinin və nizamlanma üzrə gələcək addımların konstruktiv müzakirəsinin vaxtı çatıb.

Rusiya XİN rəhbəri Sergey Lavrovun regiona səfərindən sonra E.Məmmədyarovun açıqladığı münaqişənin nizamlanması üzrə Rusiyanın yeni təkliflərinə gəlincə, C.Uorlik diqqətə çatdırıb ki, tərəflər hazırda həmsədrlərin tam dəstək verdikləri bir neçə təklifləri nəzərdən keçirirlər: "Rusiya XİN rəhbərinin münaqişədə vasitəçi qismində böyük təcrübəsi var və biz onun iştirakını və həmsədrlərlə işə sadiqliyini alqışlayırıq. Ümumi hədəfimiz ondan ibarətdir ki, münaqişənin regionda bütün insanların marağına uyğun həll yolu tapılmalıdır".

Onun sözlərinə görə, ABŞ münaqişənin nizamlanmasına kömək göstərmək cəhdlərinə yenə də sadiqdir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2468331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR