Müdafiə Sənayesi Nazirliyi ilə Fransanın “Thales Group” şirkəti arasında əməkdaşlığa dair müzakirələr aparılıb

Müdafiə Sənayesi Nazirliyi ilə Fransanın “Thales Group” şirkəti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
13:38 11 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
Dekabrın 11-də müdafiə sənayesi naziri Yavər Camalov Fransanın “Thales Group” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Roje Deksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, Yavər Camalov Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və MSN-nin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.
Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Thales Group” şirkəti arasında əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş müzakirələr aparılıb.
Roje Deks səmimi görüşə görə minnətdarlığını bildirib.
Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez də iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_Senayesi_Nazirliyi_ile_Fransanin_Thales_Group_sirketi_arasinda_emekdasliga_dair_muzakireler_aparilib-910336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR