Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nardaran sakininin evindən qumbara tapıldı

Nardaran sakininin evindən qumbara tapıldı

Date: 11 December 2015 13:39

Nardaran qəsəbəsində yaşayan şəxsin evindən qumbara tapılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.

 

Bundan başqa polis əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindən içərisində “AKS” markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapılıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.


Tags:  Nardaran sakininin evindən qumbara tapıldı

RƏYLƏR


Top news