Xarici ekspertlər Azərbaycan sığortaçıları üçün seminar keçirib

13:42 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un Assosiasiyaya istinadən verdiyi xəbərə görə, seminar IES-in İtaliya ofisinin rəhbəri Karlo Cuzeppe Maria Tozzi Spadoni və şirkətin Türkiyə nümayəndəliyinin meneceri Mustafa Yıldırım Saltık tərəfindən aparılıb.
Ekspertlər iştirakçılara əmlak zərərlərinin tənzimlənməsi, belə zərərlərin qiymətləndirmə metodları və əlaqədar tədbirlər, daşqın və yanğın zərərlərinin əsas bərpa texnikası üsulları, sənaye müəssisələrinin sığortasında dələduzluq faktlarının aşkarlanması mövzularında təqdimatlarla çıxış ediblər.
Seminarda yerli sığorta şirkətlərinin 29 əməkdaşı iştirak edib.
Qeyd edək ki, İES şirkəti Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, Polşa, İsveç və Rumıniyada fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/xarici-ekspertler-azerbaycan-sigortacilari-ucun-seminar-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR