Türkiyəli tələbələr Rusiya universitetlərindən qovulur

Türkiyəli tələbələr Rusiya universitetlərindən qovulur
13:44 11 Dekabr 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə vətəndaşı 1030 tələbə Rusiyadan çıxmağa məcbur edilir. Lent.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Rusiyada təhsil alan Türkiyə vətəndaşı olan tələbələr və Rusiyada işləyən təhsil üzrə mütəxəssislər öz ölkələrinin Təhsil Nazirliyi və Ali Təhsil Şurasına göndərdikləri şikayət məktubunda bildiriblər. Məlumata əsasən, onlar Rusiyada təhsillə bağlı müxtəlif təzyiqlərlə qarşılaşdıqlarını yazıblar.

 

Universitetlərin rəhbərlikləri Türkiyə vətəndaşları olan tələbələrə məcburi şəkildə "təhsili öz istəyimlə buraxmaq istəyirəm" məzmunlu ərizə yazdırırlar. Türk tələbələrinin yaşadıqları yataqxanalarda polis gecələr itlərlə pasport yoxlaması keçirir. Bəzi universitetlərdə rusiyalı professorlar "türklərə dərs vermirik"- deyərək, dərsləri boykot edirlər.

 

Rusiyanın Voronej Texnologiya İnstitutunun rəhbərliyi türk tələbələrdən tələb edirlər ki, Rusiyadan getsinlər.

 

Tələbələrin təhsil haqqını ödəməsinə, oxuduqları ali təhsil müəssisəsinin rəhbərliyi ilə uyğun müqavilə bağlamalarına baxmayaraq, onların vizalarının müddəti uzadılmır.

 

Türkiyə tərəfi tələbələrin təhsil müəssisələrindən müxtəlif bəhanələrlə çıxarılmasının qarşısını almaq istiqamətində fəaliyyət göstərildiyi bildirilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR