İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşıları bəlli oldu (FOTO)

İngiltərə Premyer Liqasında noyabr ayının laureatlarının adları açıqlanıb.

"Lester"in hücumçusu Ceymi Vardi geridə qalan ayın ən yaxşı futbolçusu seçilib. İngilis futbolçu noyabrda meydana çıxdığı bütün görüşlərdə fərqlənməklə yanaşı, Premyer Liqada ardıcıl qol vurmaq rekordunu əlinə keçirmişdi.

Ayın ən yaxşı məşqçisi mükafatı isə "Lester"in çalışdırıcısı Klaudio Ranyeriyə təqdim olunub. Ranyerinin komandası hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR