Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MTRŞ-dan aparıcılara tövsiyə: “Mətnlə əvvəlcədən tanış olun”

MTRŞ-dan aparıcılara tövsiyə: “Mətnlə əvvəlcədən tanış olun”

Date: 11 December 2015 13:49

Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri açıqlanıb.

Lent.az-ın məlumatına görə, konfransda aparıcıların verilişin formatına uyğun olaraq, tam üslubdan istifadə etməli olduqlarını nəzərə alaraq  ədəbi dil norması, düzgün tələffüz qaydaları, normativ qrammatika ilə bağlı zəruri məsələlərə diqqət yetirmələri, dil normalarına həssas yanaşmaları, bəzi hallarda xüsusi məşq etmələri (rus təhsilli aparıcıların bəzi səsləri düzgün tələffüz edə bilməməsi ilə bağlı) tövsiyə olunub.

Bundan başqa, konfransda bildirilib ki, aparıcılar, xüsusilə, xəbər aparıcıları  nitqin sürətinə diqqət yetirməlidirlər. Nəzərə almaq lazımdır ki, normadan artıq sürətli nitq anlaşılmazlığa gətirib çıxarır.

Üstəlik aparıcıların nitq mədəniyyəti, xüsusilə düzgün tələffüz qaydalarının mənimsənilməsi ilə bağlı nəzəri-praktik treninqlərdə iştirakı müsbət nəticə verə bilər.

Konfransda qeyd edilib ki, xəbər proqramlarının aparıcılarının daha çox nöqsanlara yol verirlər. Aparıcıların mətnlə əvvəlcədən tanış olması bəzi nöqsanların, məsələn, mətnin sintaqmlara düzgün bölünməməsinin qarşısını ala bilər. 

 


Tags:  MTRŞ-dan aparıcılara tövsiyə Mətnlə əvvəlcədən tanış olun

RƏYLƏR


Top news