Azərbaycanda qazın, elektrik və istilik enerjisinin talanmasına görə YENİ CƏZALAR

Azərbaycanda qazın, elektrik və istilik enerjisinin talanmasına görə YENİ CƏZALAR
13:54 11 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda təbii qazın, elektrik və ya istilik enerjisinin talanmasına görə yeni cəzalar müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bununla bağlı yeni İnzibati Xətalar Məcəlləsinə yeni bənd salınıb.

 

Yeni Məcəllənin 282-ci maddəsinin ilk bəndində deyilir ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurduqda fiziki şəxslər 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər isə 2 000 manatdan 2 500 manata qədər cərimələnəcəklər.

 

“Qeyd” hissədə göstərilir ki, burada az miqdarda dedikdə 1000 manata qədər dəyən ziyan əsas götürülür.

 

Hazırda qüvvədə olan məcəllədə isə yalnız təbii qazın, elektrik və ya istilik enerjisinin istifadə qaydalarının pozulmasına görə cərimələr nəzərdə tutulur. İstifadə qaydalarının pozulmasına görə fiziki şəxslər 30 manatdan 40 manata qədər, vəzifəli şəxslər 70 manatdan 90 manata qədər, hüquqi şəxslər isə 250 manatdan 300 manata qədər cərimələnir. Bu bənd yeni məcəllədə də saxlanılıb.

 

Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR