Rusiyanın İŞİD-ə xərclədiyi pullar

Rusiyanın İŞİD-ə xərclədiyi pullar
13:56 11 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyada müharibəyə 2016-ci ildə ən azı 1,2 milyard dollar pul xərcləyəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya hökümətindəki mənbə Bloomberg agentliyinə bildirib.

Londonda Müdafiə Tədqiqatları İnstitutunun məlumatına görə, Rusiya bir gün ərzində təxminən 3 milyon dollar pul xərcləyir. 2015-ci ilin noyabrında Rusiya Suriyada hərbi əməliyyatlara 4 milyon pul xərcləyib.

Türkiyə Rusiya təyyarəsini vurduqdan sonra Suriyadakı əməliyyatlara xərclənən pullar artıb. Məlumata görə, "Su-24" hadisəsindən sonra xərclər 8 milyon dollara qaldırılıb. Rusiya qırıcısı vurulduqdan sonra Suriya ətrafında gərginlik daha da artıb. Hadisə noyabrın 24–də baş verib. Baş verənlərdən sonra Rusiya Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edib.

Bu isə iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Hadisədən sonra Rusiya əlavə xərc çəkərək S 400 müdafiə sistemlərini Suriyaya yerləşdirib. Həmçinin əlavə hərbi bazaların tikintisi həyata keçirilir. Rusiyanın əlində hazırda 80-dan çox "Su-34" var. Onlardan 15-i Suriyadadır.


Rusiyanın S 400 müdafiə sistemlərini


Latakya şəhəri - Rusiyanın bazalarının yerləşdiyi şəhər

Quru hərakatında istifadə edilən "Krasukha -4" kompleksi "Krasukha-4" mobil elektron savaş sistemləri arasında 2014-cü ilin ən son texnologiyalarındandır. Yerdə olan avadanlığın və təyyarələrin radarlarının siqnallarını itirmək üçün istifadə edilir.




"Slava" sinfli ağıllı raket daşıyıcıları"16 P-500 gəmi vuran raket, "64 S-300PMU" uzun mənzilli havadan müdafiə raketi, iki ədəd qısamənzilli və üç ölçülü axtarış, izləmə radarları olan "Slava" sinfindən olan gəmi üzən qaladır.

Hazırda Qərb dövlətləri Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya sanksiyalar tətbiq edir. Rusiya isə günü – gündən hərbi xərclərini artırmaqla ölkə iqtisadiyyatını daha da zəiflədir. Rublun düşməsi isə ölkə iqtisadiyyatına sanksiyalardan pis təsir edir. Belə bir məqamda hərbi xərclarin artırılması ölkəni tənəzüllə aparır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR