Gəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Gəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
13:57 11 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. Şəhərdə yerləşən ali təhsil ocaqları, təhsil və səhiyyə idarələrinin əməkdaşları dahi şəxsiyyətin həyat yoluna nəzər salıblar. 

Azərbaycan Texnologiya Universitetində keçirilən tədbirdə ümummilli liderin həyat və fəaliyyətindən geniş söz açılıb. Diqqətə çatdırılıb ki, müasir Azərbaycanın qurucusu olan dahi şəxsiyyətin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Onun bizə miras qoyduğu müstəqil Azərbaycanı daim gələcəyə daşımaq bizim ən şərəfli borcumuzdur. 

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən anım tədbirində vurğulanıb ki, ölkənin iqtisadi baxımdan güclənməsinin əsası məhz ulu öndər tərəfindən qoyulub. Bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın iqtisadi baxımdan ən güclü dövlətləri arasında ilk yerlərdə dayanır. Tədbir ümummilli liderin həyatından bəhs edən videoçarxın nümayişi ilə davam edib.

Heydər Əliyevin ölkədə təhsilin, elmin  inkişafına göstərdiyi xüsusi diqqət və qayğısı hər bir azərbaycanlı kimi təhsil işçilərinin də heç zaman   yaddaşından silinə bilməz. Gəncə Şəhər Təhsil İdarəsində bir daha vurğulanıb ki, Heydər Əliyev bütün ömrünü Azərbaycanın çiçəklənməsinə, onun güclü bir dövlət kimi var olmasına həsr edib.

Azərbaycanın gələcək inkişaf yolunun əsası ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi sovet dövründən qoyulub. Hələ o zamandan ölkədə iqtisadi, sosial, mədəni və digər sahələrdə oyanış baş verib. İkinci dəfə hakimiyyətə gəlişi ilə ulu öndər Heydər Əliyev Azərbaycanı gənc müstəqil dövlət kimi uçurumun kandarından xilas edib. Bu fikirlər isə Gəncə Şəhər Səhiyyə İdarəsində təşkil edilən anım tədbirində səsləndirilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR