Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Almaniya rəsmisi: "Ölkədə hər an basqın törətməyə hazır olan 430 radikal sələfi var"

Date: 11 December 2015 14:02

"Report" "Deutsche Welle"-yə istinadən xəbər verir ki, bunu Almaniya Konstitusiyasını Müdafiə Federal Xidmətinin başçısı Hans-Georq Maasen bildirib.
O qeyd edib ki, hazırda Almaniyada radikal islamçıların 1100 tərəfdarı var: "Onların 430-u zorakılıq etməyə potensial hazır şəxslərdir. Həmin adamların hər an ciddi cinayət əməli törətməsi gözlənilir".
Maaseninin sözlərinə görə, "radikal sələfilər" Yaxın Şərqdən qaçan və Almaniyaya sığınanlar arasında özünə tərəfdarlar toplayır: "Son zamanlar Almaniyanın xüsusi xidmət orqanları 150 belə hadisə aşkarlayıb".
Almaniyanın Şimal Reyn-Vestfaliya Federal Torpağının daxili işlər naziri Ralf Yeqer bildirib ki, ölkədə 4 milyon müsəlman yaşayır.

Tags:  Almaniya rəsmisi Ölkədə hər an basqın törətməyə hazır olan 430 radikal sələfi var

RƏYLƏR


Top news