Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yanvar-noyabrda “Azneft” İB-də 6,3 milyon tondan çox neft hasil edilib

Yanvar-noyabrda “Azneft” İB-də 6,3 milyon tondan çox neft hasil edilib

Date: 11 December 2015 14:03


Bakı, 11 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) 6 milyon 308 min ton neft və 5,6 milyard kubmetr qaz hasil edilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, ötən 11 ayda fəaliyyətsiz quyu fondundan 92 quyu istismara qaytarılıb. Bu quyulardan 53,1 min ton neft alınıb. İlin əvvəlindən 672 geoloji tədbir keçirilib və nəticədə 277,8 min ton neft hasil edilib. Həyata keçirilən texniki tədbirlər nəticəsində isə, 51,2 min ton neft hasil olunub.
Yanvar-noyabrda “Azneft” İB-nin sifarişi əsasında 66 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 190,8 min ton neft hasil edilib.

Tags:  Yanvar-noyabrda Azneft İB-də milyon tondan çox neft hasil edilib


RƏYLƏR


Top news