Naməlum avtomobillər qadınları vurub qaçdı

Naməlum avtomobillər qadınları vurub qaçdı
14:09 11 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda naməlum avtomobil piyadanı vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, dekabrın 10-da saat 09 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ləman Hüseynli vurulub. L.Hüseynliyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Oxşar hadisə dekabrın 10-da saat 16 radələrində Gəncə şəhərinin Nizami küçəsində də baş verib. Müəyyən edilməmiş avtomobillə yolu keçən Göygöl rayon sakini Gülnar Verdiyeva vurulub. G.Verdiyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Nizami (Gəncə) RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR