Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lənkəran sakininin evində 500 qrama yaxın narkotik vasitə aşkarlanıb

Lənkəran sakininin evində 500 qrama yaxın narkotik vasitə aşkarlanıb

Bananın içindən narkotik çıxdı - VİDEO (28 Mart 2017 14:33)
Neftçala sakininin evində külli miqdarda narkotik vasitə və odlu silah aşkarlanıb (24 Mart 2017 22:34)
Neftçala sakini külli miqdarda narkotik maddə və silahla saxlanılıb – FOTO (24 Mart 2017 21:43)

Tarix: 11 Dekabr 2015 14:17

Bakı. 11 dekabr. REPORT.AZ/ Lənkəran sakininin evində 500 qrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb. "Report"un məlumatına görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şəhər sakini 39 yaşlı Əlövsət Ceyhun oğlu Abışov saxlanılıb. Onun üzərində narkotik vasitə olan marixuana aşkarlanıb. 
Ə.Abışovun yaşadığı 20 Yanvar küçəsi 36 saylı mənzilə baxış keçirilərkən, narkotik vasitə hesab edilən 417 qram marixuana maddi sübut kimi götürülüb. Barəsində Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə cinayət işi başlanan Ə.Abışov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunub. 
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Teqlər:  Lənkəran sakininin evində 500 qrama yaxın narkotik vasitə aşkarlanıb



RƏYLƏR


Top xəbərlər