Cüllütün badına getdilər - FOTO

Cüllütün badına getdilər - FOTO
14:22 11 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı rayon ərazisində qanunsuz quş ovu ilə məşğul olan şəxslər saxlanılıblar.

Milli.Az CTV-yə istinadən bildirir ki, Lənkəran rayon sakinləri Vüqar Kərimov Ramin Nəbiyev saxlanılan zaman onların üzərindən ov silahları, eləcə də xeyli sayda müxtəlif növ quş aşkar edilərək götürülüb. Ovlanan quşların arasında  adı "Qırmızı kitab"a düşən quşlar da var. Müsadirə edilən quşlar arasında yaşılbaş ördək, çöl ördəyi, qaşqaldaq və digər çöl quşları ilə yanaşı, nadir hesab edilən meşə cüllütü də olub. Saxlanılan hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib edilib.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/389489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR