Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

14:23 11 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 15-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Şirvan şəhərinin, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarının sakinləri iştirak edəcəklər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəhəri, Xəqani küçəsi-1, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı dekabrın 11-dən 14-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Şirvan (055-333-40-04), Hacıqabul (055-797-76-96), Neftçala (050-320-42-42), Saatlı (055-211-56-50), Sabirabad –(050(55) - 206-86-77) və Salyan (055-200-66-65) rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_ve_idman_naziri_Sirvanda_vetendaslari_qebul_edecek-910358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR