Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avropa Liqasında onaltıdabir final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib

Avropa Liqasında onaltıdabir final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib

"Qəbələ" avrokuboklara vəsiqə və medalı təmin etdi (20 Mart 2017 10:17)
"Qəbələ"dən möhtəşəm uğur - Ardıcıl 4-cü dəfə avrokuboklarda (20 Mart 2017 09:38)
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu (17 Mart 2017 21:12)

Tarix: 11 Dekabr 2015 14:23


Bakı, 11 dekabr, AZƏRTAC
Futbol üzrə Avropa Liqasında onaltıdabir final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 32 komandadan 24-ü Avropa Liqası yarışlarının qrup mərhələsində ilk iki yeri tutanlar olub. Daha səkkiz klub isə Çempionlar Liqasında öz qruplarını 3-cü yerdə başa vurub.
Dekabrın 14-də təşkil ediləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi də müəyyənləşib:
Səpələnmişlər: “Bayer” (Almaniya), “Mançester Yunayted” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Portu” (Portuqaliya), “Atletik” (İspaniya), “Bazel” (İsveçrə), “Braqa” (Portuqaliya), “Krasnodar” (Rusiya), “Latsio” (İtaliya), “Liverpul” (İngiltərə), “Lokomotiv” (Rusiya), “Mölde” (Norveç), “Napoli” (İtaliya), “Rapid” (Vyana, Avstriya), “Tottenhem” (İngiltərə), “Şalke” (Almaniya)
Səpələnməmişlər: “Valensiya” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Sevilya” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Anderlext” (Belçika), “Auqsburq” (Almaniya), “Borussiya” (Dortmund, Almaniya), “Vilyarreal” (İspaniya), “Marsel” (Fransa), “Midtyullann” (Danimarka), “Sent-Etyen” (Fransa), “Sparta” (Çexiya), “Sportinq” (Portuqaliya), “Syon” (İsveçrə), “Fənərbaxça” (Türkiyə) və “Fiorentina” (İtaliya).
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Püşk nəticəsində 16 cütlük formalaşacaq. UEFA qaydalarına əsasən, eyni ölkənin iki təmsilçisi və qrupda birgə çıxış etmiş komandalar onaltıdabir finalda bir-birinə rəqib ola bilməz. Eyni zamanda, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları bir-birinə rəqib ola bilməyəcək.
Onaltıdabir final mərhələsinin qarşılaşmaları 2016-cı il fevralın 18-də start götürəcək.
 

Teqlər:  Avropa Liqasında onaltıdabir final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib



RƏYLƏR


Top xəbərlər