Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zaqatala maşın hasara çırpıldı, sürücü öldü

Zaqatala maşın hasara çırpıldı, sürücü öldü

Date: 11 December 2015 14:26

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zaqatala Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Qımır kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Şahid Xəmməd oğlu Ramazanov idarə etdiyi 62- BE- 601 dövlət nömrə nişanlı, "VAZ 21 07" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yolun kənarındakı divara çırpıb. Qəza nəticəsində sürücü, Ş. Ramazanov aldığı xəsarətlərin ağırlığından hadisə yerindəcə dünyasını dəyişib. Hadisə zamanı sürücü avtomobildə tək olub.

Faktla bağlı Zaqatala Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir müddət əvvəl də Zaqatala rayonunda bir nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Göybarax kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində “VAZ 2107” markalı avtomobil alışaraq yanıb. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Zaqatala rayon Mamrıx kənd sakini Dünya Qəhrəman qızı Canayeva dünyasını dəyişib. 1956-cı il təvəllüdlü Mamrıx kənd sakini Nazıxanım Məhəmməd qızı Aydəmirova, 1985-ci il təvəllüdlü Qəhrəman Şirin oğlu Canayev və 1988-ci il təvəllüdlü Şərqiyyə Zakir Qızı Balayeva müxtəlif bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Tags:  Zaqatala maşın hasara çırpıldı sürücü öldü

RƏYLƏR


Top news