"PAŞA Bank" ən yaxşı biznes-keys müsabiqəsinin baş sponsoru oldu

"PAŞA Bank" ən yaxşı biznes-keys müsabiqəsinin baş sponsoru oldu
14:28 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 6-da ABŞ ali məktəblərinin azərbaycanlı məzunları Assosiasiyasının (US-Educated Azerbaijani Alumni Association) hər il keçirdiyi ən yaxşı biznes-keys müsabiqəsi başa çatıb. Ölkənin aparıcı ali məktəblərinin komandalarının iştirak etdiyi tələbələr arasında müsabiqənin baş sponsoru Azərbaycanın ən iri banklarından biri – "PAŞA Bank" olub.

Bankdan Trend-ə verilən məlumata görə, müsabiqə çərçivəsində tələbələr ali məktəblərdə təhsil prosesində əldə etdikləri bilikləri onların qarşısına qoyulan real biznes-problemlərin həllində tətbiq edir. 2002-ci ildən etibarən keçirilən yarış istedadlı gənclərə öz potensialını reallaşdırmaq, analitik qabiliyyətlərini inkişaf etdirmək və praktiki vərdişlər əldə etmək imkanı verir.

"PAŞA Bank"ın Korporativ Kommunikasiyalar Departamentinin Direktoru Sona Abbasovanın sözlərinə görə, Bank Korporativ sosial məsuliyyət proqramı çərçivəsində yerli ali məktəblərin istedadlı və fəal tələbələrinin həvəsləndirilməsinə yönəldilən proqramların həyata keçirilməsinə xüsusi diqqət yetirir.

S.Abbasova sonda bildirib ki: “PAŞA Bank" tələbələr üçün aylıq təqaüdləri nəzərdə tutan çoxlu sayda layihələri həyata keçirir, Bankda peşəkar təcrübə keçmə üçün şərait yaradılıb, Böyük Britaniyanın aparıcı ali məktəblərində təhsil almaq imkanı verilib. Biz əminik ki, gələcəkdə bu gənc insanlar təkcə seçdikləri sahədə yüksək peşəkarlığa malik mütəxəssis olmayacaq, onlar həm də Azərbaycanın gələcək uğurlu sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevriləcək”.

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan "PAŞA Bank"da 300 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2468411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR