Bakıda yük maşını qəza törədib, şəhərin mərkəzində tıxac yaranıb

11:27 30 Dekabr 2014
59 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 11:22 ]

Bakı. Hafiz Heydərov – APA. Bakıda yük maşını qəza törədib.

 

APA-nın məlumatına görə, “Shagman” markalı yük maşını iki minik maşınını əzərək mağazaya çırpılıb. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə və mağazaya ciddi ziyan dəyib.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də məlum yol qəzası ilə bağlı sürücülərə müraciət edib. Mərkəzdən APA-ya verilən məlumata görə, Neftçilər prospektinin Bülbül prospekti ilə kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR